Azərbaycan, Bakı, 31 mart /Trend/
Türk Hava Yolları İstanbul və Simferopol arasında iyunun 17-dək olan bütün reyləri ləğv edib. Bu barədə Trend Türkiyənin Anadolu agentliyinə istinadən xəbər verir.
Xəbərə görə, Türk Hava Yollarının rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilir: "Ukrayna-Krım bölgəsində yaşanan siyasi vəziyyətlə əlaqədar 17 iyunadək Simferopol səfərlərimiz ləğv edilib".