...

"Amrahbank" 2014-cü ildə dinamik inkişafını davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2014 12:46 (UTC +04:00)
Azərbaycanın sürətlə inkişaf edən banklarından biri olan "Amrahbank" 2014-cü ilin 1-ci rübünü 1,5 milyon manat mənfəətlə başa vurdu.
"Amrahbank" 2014-cü ildə dinamik inkişafını davam etdirir

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Azərbaycanın sürətlə inkişaf edən banklarından biri olan "Amrahbank" 2014-cü ilin 1-ci rübünü 1,5 milyon manat mənfəətlə başa vurdu. Bu göstərici Bankın dinamik inkişafının bariz nümunəsidir.

Çərşənbə günü bankdan Trend-ə daxil olan məlumata görə, ölkə bankçılığı tarixində özünəməxsus yeri olan, 20 ildən artıqdır fəaliyyət göstərən "Amrahbank" Azərbaycan bankları arasında müxtəlif göstəricilər üzrə öndə olan, paytaxtda və regionlarda yerləşən ən geniş filiallar şəbəkəsinə və yüksək kapitala malik banklar sırasındadır. Hal-hazırda Bankın nizamnamə kapitalı 52 mln. manat təşkil edir.

"Amrahbank" ilin sonunadək öz dinamik inkişafını davam etdirəcəkdir.

"Amrahbank" həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən "Amrahbank"ın strateji səhmdarıdır.

Hal-hazırda bankın 20 filialə və 2 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı, Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionları əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti