...

Azərbaycan və Polşa qiymətli kağızlar bazarının inkişafı sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2014 12:10 (UTC +04:00)
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) və Polşanın Maliyyə Nəzarəti Agentliyi ikitərəfli əməkdaşlıq üzrə anlaşma memorandumu imzalayıblar.
Azərbaycan və Polşa qiymətli kağızlar bazarının inkişafı sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir Z.Qurbanova/

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) və Polşanın Maliyyə Nəzarəti Agentliyi ikitərəfli əməkdaşlıq üzrə anlaşma memorandumu imzalayıblar. Trend-in məlumatına görə, bu barədə Komitə sədri Rüfət Aslanlı "Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması və QKDK-nın instituisional inkişafı" Tvinninq layihəsinin yekunlarının təqdimatına həsr edilmiş mətbuat konfransında deyib.

QKDK sədri layihə qarşısında qoyulan bütün hədəflərə nail olunduğunu əminliklə qeyd edib.

R.Aslanlı həmçinin bildirib ki, Azərbaycan hökuməti maliyyə sektorunun inkişafına xüsusi diqqət ayırır və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirir.

Onun fikrincə, layihənin ən mühüm uğuru QKDK-nın kompetensiyalarının keyfiyyətcə yeni səviyyəyə çatdırılmasıdır.

Onun sözlərinə görə, bu layihə çərçivəsində həyata keçirilən bütün tədbirlər Dövlət Komitəsinin tənzimləmə mühitinə yeni impuls verib: "Əgər ötən il Azərbaycanın qiymətli kağızlar bazarının dövriyyəsi 9 milyard manat idisə, bu ilin ilk dörd ayı ərzində bu rəqəm 5 milyard manat olub. Bu layihənin daha bir uğuru Azərbaycanın qiymətli kağızlar bazarının qlobal bazarlara inteqrasiyası üçün zəruri hüquqi bazanın əsaslarının formalaşmasıdır".

Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mard qeyd edib ki, tvinninq layihəsi çərçivəsində ekspertlər və iştirakçılar arasında təcrübə mübadiləsi ən uğurlu amillərdən biridir: "Avropa İttifaqı Azərbaycanın iri ticarət tərəfdaşı və ən iri investorlarından biridir. Və mən ümid edirəm ki, bu, Azərbaycanın kapital bazarının inkişafına öz töhfəsini verəcək".

Daha sonra Polşanın Maliyyə Nəzarəti Agentliyindən layihənin rəhbəri İlona Pijinska-Çerni və Agentlik sədrinin müavini Coanna Lipovçani "Layihənin nailiyyətləri" mövzusunda təqdimatla çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti