...

Qərb bölgəsində kartof ziyanvericilərinə qarşı mübarizə tədbirlərinə başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2014 19:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /Trend/

Azərbaycanda, xüsüsilə də qərb bölgəsində əkib-becərilən kartof bitkisi təhlükə altındadır. Ərazidə yayılan zərərvericilər fermerlərin yüksək məhsuldarlıqla bağlı proqnozlarını əngəlləyir. Bu məqsədlə sahələrdə mübarizə tədbirlərinə start verilib.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, bu il qərb bölgəsində kartofun bol olacağı proqnozlaşdırılıb. Lakin buna mane olan amillərdən başlıcası ziyanvericilərdir. Fermerlər belə düşünür ki, məhsuldarlığa ziyan vuran bu həşəratlarla vaxtında aparılan mübarizə sonda öz müsbət effektini verəcək.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzi tərəfindən sahələrdə kartof güvəsi və kəpənək adlanan ziyanvericlərə qarşı mübarizə tədbirləri həyata keçirilir. Kartof güvəsi məhsulun vegetasiya və saxlanma dövründə vurduğu ziyana görə ilk yerdə dayanır. Məhsuldarlığı xeyli aşağı salmaqla yanaşı, kartofun toxumluq və əmtəəlik keyfiyyətini də korlayır. Bu zərərverici hər il 28-80 faiz məhsul itkisinə səbəb olur.

Tədbirlər çərçivəsində Mərkəz tərəfindən "Respublika ərazisində kartof güvəsinin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədilə beynəlxalq standartın tələbinə uyğun hazırlanmış təcrid və ləğvedici plan"ın icrasına dair 3-cü regional müşavirə də keçirilib. Müşavirədə bölgənin Şəmkir, Gədəbəy, Tovuz, Qazax və Ağstafa rayonlarından Dövlət Fitosanitar Xidmətinin yerli qurumlarının, rayon bitki mühafizə mərkəzlərinin, bitki karantini məntəqələrinin əməkdaşları, bələdiyyə və icra nümayəndələri, torpaq mülkiyyətçiləri və fermerlər iştirak ediblər.

Müşavirədə kənd təsərrüfatı tədbirlərinin həyata keçirilməsinin elmi-praktik əsasları, kartof güvəsinin monitorinqi və identifikasiyası, zərərvericiyə qarşı aqrotexniki, bioloji-kimyəvi mübarizə üsulları, karantin tədbirləri və digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, kartof güvəsinin yayılma ocaqlarının məhv edilməsi məqsədilə bu il 10 min 75 hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Hazırda həmin tədbirlər davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti