...

"Unibank" müştərilərinə yenə qazandırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2014 18:13 (UTC +04:00)
"Unibank" 90.000 manatlıq uduş fondu olan “Alkredit plus nağd krediti əldə edin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereyasının daha bir tirajının qaliblərini açıqladı.
"Unibank" müştərilərinə yenə qazandırdı

Azərbaycan, Bakı, 6 iyun /Trend/

"Unibank" 90.000 manatlıq uduş fondu olan "Alkredit plus nağd krediti əldə edin və qazanın" adlı tirajlı stimullaşdırıcı lotereyasının daha bir tirajının qaliblərini açıqladı.

8-ci tirajın 26 qalibi müsabiqə komissiyasının iştirakı ilə elektron püşkatma qaydasında seçilib. Qaliblərdən 20 nəfər 100 manat, 4 nəfər 500 manat, 2 nəfər isə 1000 manat pul mükafatı əldə edib.

Lotereya tirajlarında ümumilikdə 390 lotereya iştirakçısı qalib elan ediləcək. Uduş fondunun oynanılması 15 tirajla həyata keçiriləcək. Hər tirajın uduş məbləği 6000 AZN təşkil edir. Pul uduşu ilk növbədə qalib müştərinin kreditinin ödənilməsinə yönləndirilir və kredit mükafat hesabına tam ödənildikdən sonra artıq qalan məbləğ olarsa, o zaman qalibə qalıq məbləğ təqdim edilir.

Qaliblərin siyahısı bankın saytında yerləşdirib (http://unibank.az/az/about-bank/news/260/) və "525-ci qəzet"in bugünkü sayında dərc olunub.

Unibank-ı seçin ki, qazanclı çıxasınız!

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibank-ın saytından (http://www.unibank.az) və yaxud bankın "facebook" səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti