...

Nazir fermerlərə yeni traktorların açarlarını və sənədlərini təqdim edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2014 17:40 (UTC +04:00)
Kənd təsərufatı naziri Heydər Əsədov Samux rayonunda vətəndaşları qəbul edib. Qəbulda Daşkəsən, Göygol, Yevlax, Goranboy, Xocalı, Kəlbəcər və Samux rayonlarından olan 40-dan atıq vətəndaşın müraciətinə baxılıb.
Nazir fermerlərə yeni traktorların açarlarını və sənədlərini təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Kənd təsərufatı naziri Heydər Əsədov Samux rayonunda vətəndaşları qəbul edib. Qəbulda Daşkəsən, Göygol, Yevlax, Goranboy, Xocalı, Kəlbəcər və Samux rayonlarından olan 40-dan atıq vətəndaşın müraciətinə baxılıb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, müraicətlər əsasən texnika çatışmazlığı, istehsal olunan məhsulun satılmasında qarşıya çıxan problemlər, suvarma artezian quyularının bərpa olunması, mineral gübrələrin qiymətlərinin aşağı salınması, kənd təsərufatı sahələrin genişləndirilməsi üçün güzəştli kreditlərin verilməsi, fərdi yaşayış evlərinin tikilməsi üçün həyətyanı torpaqların ayrılması və s. ilə bağlı olub.

Qəbulda iştirak edən Daşkəsən fermerləri nəsli kəsilməkdə olan arıların suni mayalama yolu ilə artırılması məsələsini nazirin diqqətinə çatdırıblar. H.Əsədov bu məsələnin həlli üçün yerindəcə tapşırıq verib.

Nazir hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib. Müraciətlərin bir çoxu yerində həll olunub, qaldırılan məsələlərin qanunvericiliyə uyğun və mümkün qədər qısa müddətdə həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

H.Əsədov problemlərə baxmayaraq artıq ölkədə kənd təsərufatı sahəsinin inkişaf etdirilməsi üçün müəyyən işlər görüldüyünü və bunun üçün mühüm addımlar atıldığını da açıqlayıb.

Görüşdən öncə nazir "Aqrolizinq" ASC-nin Gəncə Rayonlararası Təchizat bazasında 52 fermerə yeni Belarus tipli traktorların açarlarını və sənədlərini təqdim edib. Fermerlərlə söhbət zamanı nazir onları narahat edən problemlərin diqqət mərkəzində olduğunu və nazirliyin bütün strukturlarının bu problemlərin həlli istiqamətində daim çalışdığını söyləyib. Eyni zamanda, o subsidiya alan şəxslərin siyahısının artıq nazirliyin internet saytında yerləşdirildiyini və fermerlərdən bu siyahılarla tanış olub öz fikirlərini nazirliyin qaynar xəttinə (1652) çatdırmalarını xahiş edib.

Tədbir iştirakçıları Prezident İlham Əliyevə onlara göstərilən qayğı və diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra nazir H.Əsədov Kənd Təsərrüfatı Nazirliyinin Samux Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının təməlqoyma mərasimində iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti