...

İlin əvvəlindən Azərbaycanda əsas kapitala qoyulan xarici investisiyalar 3 milyard dollara yaxın təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2014 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir Zülfiyyə Qurbanova/

2014-cü ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala qoyulan xarici investisiyaların ümumi həcmi 2,2 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 15,8 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Yanvar-iyun aylarında əsas kapitala qoyulan sərmayələrin 80,3 faizi (1794,1 milyon manat) Böyük Britaniya, Norveç, ABŞ, Türkiyə, Yaponiya və Fransa investorlarının payına düşür.

Əvvəlki kimi Böyük Britaniya liderlik mövqeyini qoruyur. Onun xarici investisiyaların ümumi həcmində xüsusi çəkisi 31,2 faiz, investisiyaların özü isə 697,5 milyon manat təşkil edib.

Hesabat dövründə ölkə iqtisadiyyatına Norveç 399,24 milyon manat (xüsusi çəkisi 17,9 faiz), ABŞ 216,98 milyon manat (9,7 faiz), Türkiyə 209,58 milyon manat (9,4 faiz), Yaponiya 139,12 milyon manat (6,2 faiz), Fransa 131,67 milyon manat (5,9 faiz), İran isə 127,59 milyon manat (5,7 faiz) investisiya qoyub.

Beynəlxalq maliyyə institutlarından ən böyük investisiya həcmi Dünya Bankı tərəfindən qoyulub (1,6 faiz xüsusi çəki ilə 34,71 milyon manat). Asiya İnkişaf Bankı yanvar-iyun aylarında Azərbaycanda layihələrin reallaşdırılmasına 19,52 milyon manat (0,9 faiz), AYİB isə 2,9 milyon manat (0,1 faiz) ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti