...

FOREX hesabını InvestAZ-a köçürmək sadəcə 5 dəqiqə!

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2014 12:48 (UTC +04:00)
"InvestAZ" şirkəti Azərbaycanda kapital bazarının inkişafı və FOREX bazarının tənzimlənməsi istiqamətində daha bir yeniliyə imza atdı.
FOREX hesabını InvestAZ-a köçürmək sadəcə 5 dəqiqə!

Azərbaycan, Bakı, 25 avqust /Trend/

"InvestAZ" şirkəti Azərbaycanda kapital bazarının inkişafı və FOREX bazarının tənzimlənməsi istiqamətində daha bir yeniliyə imza atdı.

Artıq xarici brokerlərdə vəsaitlərin köçürülməsi prosesinin uzun vaxt aparmasından, təqdim olunan spredlərin yüksək olmasından narazı olan müştərilər "FOREX hesablarını InvestAZ" şirkətinə köçürə bilərlər. Hesabın köçürülməsi əməliyyatı üçün müştərinin açıq əməliyyatlarının bağlanmasını gözləməyə ehtiyac yoxdur. Belə ki, ən son texnoloji infrastruktura malik "InvestAZ şirkəti", müştərilərə hesablarını açıq əməliyyatlar daxil olmaqla, köçürməyə imkan verir.

FOREX hesablarını köçürən müştərilər bu xidmətdən heç bir əlavə vəsait ödəmədən faydalana bilərlər.

"InvestAZ" şirkətinin sərfəli ticarət şərtləri və üstün xidmət keyfiyyəti ilə FOREX-i yenidən kəşf edin.

Qeyd edək ki, "InvestAZ" şirkəti Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən broker, diler və aktivlərin idarə olunması fəaliyyəti üzrə lisenziyalara malik investisiya şirkətidir. Şirkət, eyni zamanda, Türkiyədə də tam lisenziyalaşmış maliyyə və broker xidmətləri göstərən eyni adlı qurumla təmsil olunur. Həmçinin Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti