Azərbaycan, Bakı, 25 avqust /Trend/
Kəlbəcər Sukanal İdarəsi yaradılıb.
Trend "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin saytına istinadən məlumat verir ki, məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, yeni yaradılmış şəbəkələrin saxlanması və səmərəli istifadə olunmasını təmin etmək məqsədi ilə "Birləşmiş Sukanal" Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyində Kəlbəcər Sukanal İdarəsi yaradılıb.
Qeyd edək ki, qaçqın və məcburi köçkünlərin həyat və məişət şəraitinin yaxşılaşdırılması çərçivəsində Gəncə şəhərində Kəlbəcər rayonundan olan 14 199 nəfərdən ibarət 4663 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb. Qəsəbədə içməli su və kanalizasiya şəbəkələri yaradılıb, sakinləri fasiləsiz su ilə təmin etmək üçün qəsəbəyə su xətti çəkilib.