...

"Khazar Islands" Küveyt mətbuatında (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2014 18:25 (UTC +04:00)
Avesta Konserninin meqa layihəsi "Khazar Islands"a maraq son günlər xüsusilə diqqəti cəlb edir.
"Khazar Islands" Küveyt mətbuatında (FOTO)

Avesta Konserninin meqa layihəsi "Khazar Islands"a maraq son günlər xüsusilə diqqəti cəlb edir. Beynəlxalq mətbuat nümayəndələri Azərbaycana gələrək, həm layihə ilə yaxından tanış olur, həm də şirkətin prezidenti Hacı İbrahim Nehrəmlidən geniş reportajlar hazırlayırlar.

Yola saldığımız ay Yaponiya və Türkiyə KİV-lərindən əlavə Küveytin tanınmış mətbu orqanları da bu analoqu olmayan layihədən yazılar dərc ediblər. Məqalələrdə Avesta Konserninin prezidenti Насı İbrahim Nehrəmlidən bəhs edən KİV nümayəndələri bu layihənin dünya miqyasında tanınmasından, layihənin dəyərindən və perspektivlərindən bəhs ediblər. Həmçinin, gələcəkdə Küveyt və Azərbaycan arasında investisiya əlaqələrinin genişləndirilməsinin hər iki ölkə üçün çox mühüm əhəmiyyət kəsb etdiyini də vurğulayıblar.

Qeyd edək ki, bu yazılar Küveytin "Alwatan" və "Alanba" nəşrləri tərəfindən dərc olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti