...

VISA "Bank Technique"i satış həcminin artımına görə ən yaxşı bank elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2014 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

VISA ödəniş sisteminin mütəxəssisləri "Bank Technique" ASC-ni satış həcminin artımına görə Azərbaycan maliyyə institutları arasında ən yaxşı bank elan ediblər.

Bankdan Trend-ə verilən məlumaat görə, bu gün Bakıda bununla bağlı sertifikatların təqdim edilmə mərasimi keçirilib. "Bank Technique" "Satış həcminin sürətli artımına görə" (For the fastest growth of purchase volume) sertifikatı ilə təltif edilib. Sənəd VISA məhsullarının satışında ən yaxşı nəticələr göstərən banklara təqdim olunur.

Tədbirdə VISA təşkilatının MDB və Cənub Şərqi Avropa üzrə baş meneceri Katarjina Sosin ödəniş sisteminin Azərbaycan bankları, o cümlədən "Bank Technique" ilə əməkdaşlığını yüksək qiymətləndirib.

"Bank Technique"in Bank kartları şöbəsinin müdiri Fərid Babayev VISA şirkətinə bank rəhbərliyi adından təşəkkürünü bildirib və gələcəkdə də qarşılıqlı əməkdaşlıq əlaqələrin inkişaf edəcəyinə əminliyini ifadə edib.

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan "Bank Technique" Açıq Səhmdar Cəmiyyəti (ASC) 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən "Bank Technique" ASC Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda "Bank Technique"in 29 filial və 26 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran və Tərtərdə müştərilərin xidmətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti