...

Azərbaycanın layihə menecerləri Project Management barədə hansı yeniliklər əldə edəcəklər?

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2014 10:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Yaxın günlərdə Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının dəvəti ilə Bakıya ekspert, məsləhətçi və beynəlxalq standartlar əsasında IPMA Level A-Sertifikatlaşdırılmış layihələr direktoru Dmitriy Lukyanov gələcəkdir. O, 2-3 oktyabr tarixlərində "Layihələrin idarə edilməsi təcrübəsi: müasir alətlər və trendlər" mövzusunda innovativ beynəlxalq təlim keçirəcəkdir.

Azərbaycanın layihə menecerlərini tərəfindən tez-tez verilən və maraqlandırılan suallarla təlimçiyə müraciət etdik.

- Təlimdə unikal və maraqlı nələr olacaqdır?

İlk növbədə bu bir növ tapşırıqdır - iştirakçılar tərəfindən təklif edilən layihə nümunəsi üzərində layihə planı işlənib hazırlanacaqdır. Bu layihə planında layihə ideyasının işlənməsi və strukturlaşdırma suallarının cavablandırılması üzrə qrup işi texnikası tətbiq ediləcəkdir. Burada qrupun hər iştirakçısının töhfəsindən istifadə ediləcəkdir. İkincisi isə, bu təlim planlaşdrıma və idarəetmə prosesi kimi layihənin gələcək realizasiyasına nəzər yetirmə, eləcə də layihə menecerinin və digər layihə iştirakçılarının rolunun aydınlaşdırılmasıdır.

- Bu təlimin PMP sistemindən nə kimi fərqlilik və ümumilikləri vardır?

Prinsipcə, layihələrin idarə edilməsi üzrə təsdiqini tapmış yanaşmaların bir çox ümumilikləri vardır. Buna misal olaraq, РМВОК PMI yanaşması ilə ICB IPMA texniki kompetensiyalar blokunu göstərmək olar. Bu təlimdə biz, P2M PMAJ və PRINCE2 АРМ yanaşmaları ilə bağlı suallara toxunacağıq.
Bu yanaşmalarda ümumilik - bütün iştirakçılara layihə planını, eləcə də cədvəlin formalaşdırılması, komandanın, risklərin formalaşdırılması kimi oxşar elementlərin planlaşdırılması üzrə müxtəlif üsulların tətbiqini anlamaq imkanının əldə edilməsinə yönəldilmişdir.

Eləcə də, РМВОК tövsiyyələrində olmayan (yalnız, PMI-da digər "praktiki standartlarda" yer alan) bəzi praktiki nümunələr təqdim ediləcəkdir. Bu, nəticələrə yönələn planlaşdrıma, cədvəlin "cəld hazırlıq" texnikaları, komanda iştirakçılarının yalnız icraçı tərəfdən planlaşdırılmaması, layihənin əsas parametrlərinə göstərdiyi təsir əsasında risklərin klassifikasiyası və s. olacaqdır.

Digər tərəfdən, hazırki təlim РМР sertifikatlaşdırımasından keçmək üçün zəruri təlim saatlarının mənimsənilməsi kimi də hesab oluna bilər.

- Təlimdə hansı alətlər və hansı nümunələr, biznes-oyunlar olacaqdır?

Bu, sifraişçi qarşısında komanda planlarının "beyin fırtınası", "mayndmeppinq", "müdafiə" olacaqdır. Bu, "layihə prosesli" yanaşmanın layihə planının formalaşdırılmasında istifadəsidir.

- Bu təlimin məhz mənə nə kimi səmərəsi olacaqdır?

Siz layihəni "bütünlükdə" görə biləcək, özünüzün güclü və zəif tərəflərinizi anlaya biləcək, münasib kompetensiyaları inkişaf etdirməklə işinizdə mümkün təkmilləşdirmə sahələrini müəyyən edəcəksiniz.

Təlimdən dərhal sonra təcrübədə tətbiq edə biləcəyiniz komandada iş texnologiyası əldə edəcəksiniz.

Maraqlı məlumatınız üçün təşəkkür edirik, Bakıda görüşənədək.

"LAYIHƏLƏRIN IDARƏ EDILMƏSI TƏCRÜBƏSI: MÜASIR ALƏTLƏR VƏ TRENDLƏR" təlimi 2-3 oktyabr tarixlərində 9.00-dan 18.00-dək Royal otelində keçiriləcəkdir.
Tədbir rus dilində keçiriləcəkdir (tələbata əsasən azərbaycan dilinə tərcümə də mümkündür).

Təlimin proqramı, təlimçi haqda məlumat, təlimin məbləği və güzəştlər haqda məlumatı http://ipma.az/ saytımızdan əldə edə bilərsiniz.
Əlavə məlumat: [email protected]; +99-412-497-13-57; +99-055-511-95-98
Qeydiyyat 26 sentyabr tarixinədək açıqdır.
Bizə qoşulun:
www.facebook.com/ipma.az
linkedin.com
www.ipma.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti