...

Azərbaycanda kompüterlərin satışı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2014 10:30 (UTC +04:00)
Bu ilin yanvar-sentyabr ayalrında "Xalq kompüteri" layihəsi çərçivəsində kompüterlərin satışı 7 faiz artıb.
Azərbaycanda kompüterlərin satışı artıb

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Bu ilin yanvar-sentyabr aylarında "Xalq kompüteri" layihəsi çərçivəsində kompüterlərin satışı 7 faiz artıb. Bu barədə Trend-ə "Best Comp Group" şirkətindən məlumat veriblər.

Şirkətdən verilən məlumata görə, yanvar-sentyabr aylarında təqribən 1,19 milyon manat dəyərində kompüter texnikası satılıb. Hər kompüterin qiyməti orta hesabla 700 manat təşkil edib.

Layihəyə başlanandan etibarən (2009-cu ilin aprel ayı) ümumilikdə 24,2 milyon manatdan çox məbləğdə 16,9 mindən artıq kompüter satılıb.

Layihə çəçivəsində satılan komüterlərin 95 faizindən çoxu portativ texnikanın (noubuk və planşet kompüterlərin) payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti