...

"Bank of Baku"-dan sərfəli kredit təklifi

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2014 13:48 (UTC +04:00)
Azərbaycan sahibkarlığını dəstəkləmək məqsədilə “Bank of Baku” “İşinizi biznesə çevirin!” əlverişli kreditləşmə təklifi elan edir.
"Bank of Baku"-dan sərfəli kredit təklifi

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Azərbaycan sahibkarlığını dəstəkləmək məqsədilə "Bank of Baku" "İşinizi biznesə çevirin!" əlverişli kreditləşmə təklifi elan edir. Öz işini qurmaq istəyən və yaxud mövcud biznesini daha gəlirli etmək arzusunda olan hər bir Azərbaycan vətəndaşı biznes krediti üçün "Bank of Baku"-ya müraciət edə bilər. Bu barədə cümə axşamı bankdan Trend-ə daxil olan məlumatda deyilir.

Hazırda bir çox insanlar öz biznesini qurmaq istəsədə, bəzən ilkin maliyyə vəsaitinin çatışmamazlığı kimi problemlə üzələşir.Məhz buna görə, "Bank of Baku" öz xidmətini təklif edir. Beləliklə, kənd təsarrüfatı, xidmət, pərakəndə satış və digər sahələri təmsil edən sahibkarlar "Bank of Baku" filiallarına dəvət olunurlar.

Bu fürsət müştərilərə bir sıra güzəşt və endirimlərdən faydalanmaq imkanı yaradır. Belə ki, bankdan kredit almış sahibkarlar bankın "Dostlar klubu"-na üzv qəbul olunaraq komissiyasız və sərfəli faiz ilə kredit, təcili hallar üçün ekspress kredit xətti, pulsuz mobil danışıq balansı və digər üstünlüklərdən faydalanacaq.

Biznes kreditin müddəti:3 il,

Faiz dərəcəsi: 22 %-dən başlayır ( FİFD 22 %-dən),

Kreditin məbləği: 30.000 ABŞ dollarına qədərdir.

Bununla əlaqədar "Bank of Baku"-nun Sədr Müavini,biznes sahəsinin rəhbəri Natiq Nurəliyev qeyd edib ki, bank kiçik və orta sahibkarlağın kreditləşməsində illərin təcrübəsinə malikdir. "Bu günə kimi "Bank of Baku" on minlərlə ölkə vətəndaşına yüz milyonlarla ABŞ dolları məbləğində biznes kreditləri ayırıb. "Bank of Baku"-nun biznes kredit proqramları sərfəli tarifləri, yüksək kredit məbləği və minimal faiz dərəcəsi ilə seçilir. Özünün kiçik biznesini qurmaq və ya canlandırmaq istəyən hər bir şəxs bizə müraciət edə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti