...

Ağsuda Az-Granata firma mağazası açıldı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2014 11:50 (UTC +04:00)
Özümüz əkirik, özümüz toplayırıq, özümüz hazırlayırıq... Az-Granata fəaliyyət zəncirinə daha bir halqa əlavə etdi - özümüz çatdırırıq.
Ağsuda Az-Granata firma mağazası açıldı (FOTO)

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Özümüz əkirik, özümüz toplayırıq, özümüz hazırlayırıq... Az-Granata fəaliyyət zəncirinə daha bir halqa əlavə etdi - özümüz çatdırırıq.

Az-Granata şirkəti Ağsuda öz məhsullarını təqdim etdiyi mağaza açıb. Mağazanın Ağsuda açılmasına səbəb şirkətin zavodunun burada yerləşməsidir - firma öz məhsullarını istehlakçılara birinci əldən, təzə-təzə çatdıracaq. Bundan başqa, geniş istehsal zolağına malik şirkət öz məhsullarını sərgiləmək imkanı əldə edəcək. Firma mağazasında zavodda istehsal olunan meyvə şirələri, şərablar, müxtəlif spirtli içkilər, nardan hazırlanmış məhsulları - narşərab təqdim olunur. Soyuq sıxma yolu ilə alınan, meyvələrin ilkin dadı və faydalarını özündə saxlayan "Vita1000", "+more" meyvə şirələrini, "Ağsu", "Qaragöz" adları ilə məşhur şərabları indi həm qonaqlar, həm də sakinlər buradakı geniş çeşiddən seçə biləcəklər.

Mağazanın əsas özəlliklərindən biri şirkətin Azərbaycanda satılmayan ixrac məhsullarını da alıcılara təklif etməsidir. Belə məhsullardan biri kimi Rusiyada məşhur olan "Leyli" nar suyunu misal göstərmək olar.

Qeyd edək ki, Az-Granata Cənubi Qafqazın ən böyük istehsalçılarından olmaqla, dünyanın 10-dan artıq ölkəsinə məhsul ixrac edir.

Az-Granata zavodu Ağsuda 9 hektara yaxın ərazini əhatə edir. Avadanlıqları Almaniya, İçveçrə, İtaliya, Bolqarıstan və Fransadan gətirilmiş zavodun 15000 kvadrat metrlik istehsalat sahəsi var. Burada meyvə qəbulu, meyvə emalı, konsentrat hazırlama, şərab emalı və saxlanılması, şərabın qablaşdırılması, spirt emalı, aseptik saxlanma, meyvə şirəsi hazırlama, şüşə dolum və qablaşdırma, tetra-pak dolum və qablaşdırma bölmələri mövcuddur. İstehsal gücü saatda 12 ton meyvə şirəsi və 3 ton şərab olan zavod saatda 20 ton meyvə qəbul edə bilir. Az-Granata zavodu ildə 50000 ton meyvə şirəsi istehsal etmək gücünə malikdir. Zavodda 16 növ meyvə şirəsi 50 müxtəlif qablaşdırmada təklif olunur.

Firma mağazasının açılışında Az-Granata şirkətinin nümayəndələri ilə yanaşı, Ağsu şəhər İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev və şəhərin digər yüksək vəzifəli şəxsləri də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti