Ekspert Fərhad Əmirbəyov
Azərbaycan vətəndaşları üçün əlçatan bank kreditlərinin sürətli inkişafı, şübhəsiz, daxili ticarətin və nəticədə idxalın inkişafına stimullaşdırıcı təsir göstərib. İstehlak xüsusiyyətli sənaye məhsullarını əvvəlki kimi az istehsal edirik, buna görə də istehlakın artımı avtomatik şəkildə idxalın artmasına gətirib çıxarır. İdxalın strukturunun öyrənilməsi maraqlı mövzudur, belə ki, bu, idxalın əvəzlənməsi siyasəti çərçivəsində ölkəmizdə istehsal edilə biləcək məhsulların və xidmətin nomenklaturasının yetərincə dəqiq tapılmasına imkan verir. Lakin bu yazının məqsədi Azərbaycan vətəndaşlarının kreditləşdirilməsinin inkişafının və bunun onların maliyyə vəziyyətinə təsirinin kiçik analizidir. Vətəndaşların və bankların bir-birindən asılılığını anlamaq üçün diaqrama nəzər yetirək. Diaqramda Azərbaycanın bütün bank sisteminin kredit portfelinin strukturu əks olunub.
Diaqram. Azərbaycanın bank sisteminin kredit portfelinin strukturu (noyabr, 2013-cü il).
Mənbə: Azərbaycan Mərkəzi Bankı
Əhali ilə iş bank sisteminin mütləq prioritetini təşkil edir. Diaqramdan göründüyü kimi, 2013-cü ildə verilmiş kreditlərin 39 faizi (fiziki şəxslərin və ipoteka kreditlərinin məbləği), 2014-cü il 1 aprel tarixinə isə 40,6 faizi əhaliyə verilən kreditlərin payına düşür.
Hər halda, artıq iki ildir eşidirəm ki, Azərbaycan vətəndaşları, yaxud hüquqşünasların bizi adlandırmağa öyrəşdiyi kimi, fiziki şəxslər - Azərbaycan Respublikasının rezidentləri əsas mənbəyini bank kreditlərinin təşkil etdiyi borcla yükləniblər. Belədirmi? Bu məsələyə aydınlıq gətirməyə çalışaq.
İlk növbədə, həddindən artıq borclanmanın nə olduğunu aydınlaşdırmaq lazımdır.
Diqqəti yalnız banklar və mikromaliyyə kredit müəssisələrinə olan borclara yönəltmək lazımdır, yoxsa bunlara kommunal xərclər, mənzil icarəsi, mümkün vergi və digər dövlət rüsumları da əlavə edilməlidir?
Borclunun birdən çox kreditinin olması həddindən artıq borclanma meyarıdırmı? Orta göstəricilərə nisbətən, kreditlər üzrə yüksək faiz ödənişlərini xüsusi nəzərə almaq lazımdırmı?
Suallar çox ola bilər, lakin aydındır ki, həddindən artıq borclanma haqqında danışanda yüksək defolt riski nəzərdə tutulur. Bir çox bankların bir-birindən, həmçinin ümumi iqtisadi vəziyyətdən artan asılılığını nəzərə alsaq, hətta kiçik bir bankın "enişi" sistemli böhran, etibar və likvidlik riskini əhəmiyyətli dərəcədə artıra bilər.
Defolt ehtimalını hesablaya bilən indikatorlar birrəqəmli həddə yoxdur, bunun yüksək olması əhalinin həddindən artıq borclanmasını təsdiq edərdi. Həddindən artıq borclanmanın effekti defoltun yüksək riski ilə yanaşı, daha bir xoşagəlməz xüsusiyyətə malikdir. Məsələ ondadır ki, borclu üçün əvvəl götürülmüş kredit üzrə istənilən səbəbdən (əmlakın itirilməsi riski, bahalıq, məhkəmə xərclərinin çoxluğu və s.) defolt arzuolunmazdır, bu halda borc alan cari istehlakını azaldır ki, bu da bütün ölkə çərçivəsində ticarətə mənfi təsir edir.
Yeri gəlmişkən, XX əsrin 30-cu illərində baş vermiş "Böyük depressiya" və başlanğıcı 2008-ci ildən hesablanan və davam edən böhran borcların ödənişi üzrə genişmiqyaslı defolt olmadığı zaman istehlakın azalmasının ssenarisini nümayiş etdirir [i]. Bununla əlaqədar 2014-cü ilin birinci rübünün nəticələrinə görə, Azərbaycanda idxal və ixracın əhəmiyyətli dərəcədə azalmasının qeydə alınmasının səbəbinə dair xüsusilə mühüm məlumat təqdim edilir.
Xarici ticarət dövriyyəsi |
Yanvar-mart 2014-cü il (mln. manatla) |
Yanvar-mart 2013-cü il (%-lə) |
İxrac |
6 235,5 |
93.3 |
İdxal |
1 382 |
79.1 |
Pərakəndə ticarət |
5 083.7 |
109.2 |
2014-cü ilin əvvəlində Azərbaycan Mərkəzi Bankı istehlak kreditləşməsi bazarını "soyutmağa" çağıran bir sıra qərarlar qəbul etdi. İxracın həcminin Azərbaycan Mərkəzi Bankının qəbul etdiyi qərarların təsiri ilə də aşağı düşdüyünü fərz etsək, o zaman ticarətin bank kreditlərinin stimullaşdırıcı təsirindən davamlı güclü asılılığını təsdiqləmək olar.
Vətəndaşların borc səviyyəsinin indikatorları iki göstəricidən ibarətdir: vətəndaşların borcunun ümumi daxili məhsula və əhalinin sərəncamında qalan pul gəlirlərinə nisbəti (Consumer Leverage Ratio - CLR). CLR göstəricisi əhalinin sərəncamında qalan illik pul gəlirlərinə nisbətdə bütün ödənilməmiş kreditlərin həcmi hesab olunur. Daha yüksək CLR, daha çox borc yüküdür. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində bu göstərici 2010-cu ildə 9 faizdən (Meksika) 309,5 faizədək (Danimarka) dəyişib. "Böyük yeddilik" (G7) ölkələrində isə minimal göstərici İtaliyada (85,9 faiz), maksimal göstərici isə Böyük Britaniyadadır (157 faiz).
Heç şübhəsiz, yüksək və aşağı ümumi gəlirə malik ev təsərrüfatlarına (vətəndaşlara) yanaşma fərqinə düzəliş etmək lazımdır. Ümumi məbləği böyük olmadıqda kreditlərin sayı kritik hesab olunmaya bilər.
Bu materialın əvvəlində qeyd olunan suala (həddindən artıq borclanma) cavab tapmaq üçün vətəndaşın hipotetik maliyyə planının sadə standart modelini qurmaq qərarına gəldim. Bu, baş verənlərin ümumi mənzərəsini görməyə imkan verəcək. Ödənilməmiş kreditləri olan vətəndaşların sayı barədə məlumatlarım olmadığına görə hesablamada ölkənin əmək müqaviləsinə malik əmək qabiliyyətli, kommersiya banklarının kredit vermək üçün iş yerindən əməkhaqqı barədə arayış tələb etdiyi vətəndaşları iştirak edəcək. Dövlət Statistika Komitəsi və Azərbaycan Mərkəzi Bankı hesablama aparılması üçün aşağıdakı lazımi məlumatları təqdim edib:
- əməkqabiliyyətli əhalinin məşğulluğu: 2013-cü ilin I rübü - 4458,9 milyon nəfər, 2014-cü ilin I rübü - 4529,9 milyon nəfər;
- müqavilə əsasında işləyənlər: 2013-cü ilin I rübü - 1479,3 milyon nəfər, 2014-cü ilin I rübü - 1510,4 milyon nəfər;
- orta aylıq əməkhaqqı: 2013-cü il - 404,7 manat, 2104-cü il - 434 manat;
- yaşayış minimumunun məbləği: 2013-cü il - 125 manat, 2104-cü il - 136 manat;
- əhaliyə verilən kreditlərin məbləği: 2013-cü ilin I rübü - 4720,9 milyon manat (2013-cü il 1 aprelə), 2014-cü ilin I rübü - 6458,5 milyon manat (2014-cü il 1 aprelə).
Vətəndaşlar üçün kreditlərin təqribi orta dərəcəsi illik 25% təşkil edib, müddəti isə təxminən 24 aydır.
Cədvəl. Azərbaycanın əmək müqaviləsinə malik orta statistik vətəndaşının gəlir və xərclərinin strukturu.
2014-cü ilin I rübü ərzində |
|||
Xərclər, ödənişlər və əmanətlər (manatla) |
Xərclər, ödənişlər və əmanətlər (manatla) |
||
Son istehlak |
1424,4 |
Nominal gəlir [ii] |
2008,9 |
o cümlədən yaşayış minimumu |
408,0 |
Bank krediti |
459,5 |
Vergilər və sosial ödənişlər |
172,7 |
İpoteka krediti |
10 |
Kreditlər üzrə faiz ödənişləri |
44,1 |
||
Əmanətlər |
367,7 |
||
Qaytarılma |
|||
Bank kreditləri (faizlər nəzərə alınmaqla) |
588,5 |
||
İpoteka kreditlərinin qaytarılması (faizlər nəzərə alınmaqla) |
17,19 |
||
Vaxtı keçmiş kreditlər |
229,5 |
||
Yekun: |
2844,09 |
2478,4 |
|
Defisit |
365,69 |
2013-cü ilin I rübü ərzində |
|||
Xərclər, ödənişlər və əmanətlər (manatla) |
Xərclər, ödənişlər və əmanətlər (manatla) |
||
Son istehlak |
1222,6 |
Nominal gəlir |
1726,9 |
o cümlədən yaşayış minimumu |
375,0 |
Bank krediti |
346,0 |
Vergilər və sosial ödənişlər |
162,4 |
İpoteka krediti |
7 |
Kreditlər üzrə faiz ödənişləri |
32,8 |
||
Əmanətlər |
309,1 |
||
Qaytarılma |
|||
Bank kreditləri (faizlər nəzərə alınmaqla) |
443,2 |
||
İpoteka kreditlərinin qaytarılması (faizlər nəzərə alınmaqla) |
12,03 |
||
Vaxtı keçmiş kreditlər |
194,9 |
||
Yekun: |
2377,35 |
2079,9 |
|
Defisit |
297,45 |
Mənbə: Dövlət Statistika Komitəsi və AMB.
Cədvəllərdə verilən hesablamaların nəticələrinin analizi göstərir ki, əmanətlər il ərzində 19 faiz artıb, nominal gəlirdən istehlak isə dəyişməz qalıb - təxminən 70%. Bununla yanaşı, vətəndaşlar üçün kredit yükünün 33% artımı müşahidə olunur, nominal gəlir isə 16,3% artıb. Kredit borcunun artım tempi vətəndaşların gəlirlərinin artım tempini iki dəfə üstələyir. CLR göstəricisi cari ilin aprelinə 34,7 təşkil edib ki, bu da təxminən Çexiya - 37,8 (2005-ci il), Estoniya - 39,3 (2003-cü il), Macarıstan - 38,4 (2004-cü il), Polşa - 37,5 (2007-ci il), Slovakiya - 37,9 (2005-ci il) və Sloveniyanın - 36,9 (2005-ci il) göstəricisinə uyğundur. Aydındır ki, bütün hallarda istehlak kreditləri bazarı tədiyə qabiliyyətli tələb həddinə çatıb. Ümumiyyətlə, nominal gəlirin və yığımların məbləği kreditlərin ödənilməsində bir sıra çətinliklər yaradır. 2014-cü ilin birinci rübündə əhalinin kreditləşməsinin atım tempinin kəskin azalması yığımları 19% artırıb ki, bu da şübhəsiz müsbət haldır.
Hər bir bank göstərilən model əsasında özünün verilmiş kreditlər bazasından istifadə etməklə şəxsi modelini yarada bilər. Bu, bankın bazarın ümumi trendində olub-olmadığını, əgər deyilsə, nə dərəcədə geridə qalmanı və bunun səbəbini başa düşməyə imkan verəcək.
Əldə olunmuş nəticələr orta statistik vətəndaşın borc yükünün artımından və şəxsi maliyyələrdə defisitin mövcudluğundan xəbər verir. Vətəndaşın balansında ödənilməmiş kreditlər "asılıb", onların məbləği il ərzində orta hesabla 17,7% artıb. Daha ətraflı analiz publisistika deyil, konsultasiya predmetidir, buna baxmayaraq, bir neçə tövsiyə vermək olar.
Nə etmək lazımdır:
- Borclunun yalnız gəlirlərinin deyil, xərclərinin də strukturunu daha diqqətlə analiz etmək. Kreditlərin ödənilmə mənbələri ola bilən bütün mümkün gəlirləri aydınlaşdırmaq, sənədləşdirmək və nəzarətə götürmək;
- Borcluların əksəriyyətinin istehlakda tədbirlilik və mötədilliyini nəzərə almamaq. İnsanlar heç də həmişə kreditlərdən məqsədyönlü şəkildə istifadə etmirlər;
- Banklarda verilmiş kreditlərin bütövlükdə istifadəsinə nəzarəti həyata keçirmək üçün borcluların maliyyə işlərinin aparılması üzrə büro yaratmaq;
- Risklərin idarə edilməsi sisteminin inkişafını və təkmilləşdirilməsini davam etdirmək. Mən kredit portfelinin analizinin əlavə aləti kimi "Əmirbəyov-Tağıyev" modelindən istifadəni tövsiyə edirəm.
- Müntəzəm olaraq ekspertlərlə - makroiqtisadçılarla məsləhətləşmək. Rəqabətin güclənməsi və Azərbaycanın iqtisadi modelinin dəyişməsi faktorlarını nəzərə alaraq, biznesin planlaşdırılmasında və idarə edilməsində elmi metodlardan istifadə etmək.
-------
[i] Olney M. L. Avoiding Default: The Role of Credit in the Consumption Collapse of 1930.
[ii] Nominal gəlir (əhalinin, vətəndaşın) - istənilən mülkiyyət formasında olan müəssisə və təşkilatlardan bütün daxil olmalar, nağdsız hesablaşmalar və s. Başqa sözlə, bu, müəyyən dövr ərazində ayrı-ayrı şəxslər tərəfindən əldə edilən pulun miqdarıdır.