...

Hava nəqliyyatında sərnişindaşıma tarifləri ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2014 17:03 (UTC +04:00)
2014-cü ilin noyabr ayında Azərbaycanda nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz, sərnişindaşıma tarifləri isə 0,7 faiz ucuzlaşıb.
Hava nəqliyyatında sərnişindaşıma tarifləri ucuzlaşıb

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

2014-cü ilin noyabr ayında Azərbaycanda nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz, sərnişindaşıma tarifləri isə 0,7 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 4,8 faiz, digər xarici ölkələr üzrə isə 1,8 faiz ucuzlaşma müşahidə olunub.

Dəmiryol nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 2,1 faiz bahalaşıb.

Noyabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,2 faiz ucuzlaşıb.

Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti