...

"Buta Sığorta" "Sığortalı Gənclik" layihəsinə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2014 11:48 (UTC +04:00)
Azərbaycanın sığorta şirkətlərindən biri - “Buta Sığorta” “Sığortalı gənclik” layihəsinə qoşulub. Layihə çərçivəsində layihənin iştirakçısı olan gənclər “Buta Sığorta”da istehsalat təcrübəsi keçəcək, iş prosesini öyrənəcəklər.
"Buta Sığorta" "Sığortalı Gənclik" layihəsinə qoşulub

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Azərbaycanın sığorta şirkətlərindən biri - "Buta Sığorta" "Sığortalı gənclik" layihəsinə qoşulub. Layihə çərçivəsində layihənin iştirakçısı olan gənclər "Buta Sığorta"da istehsalat təcrübəsi keçəcək, iş prosesini öyrənəcəklər. Həmçinin gənclərə praktiki təlimlərin keçirilməsi nəzərdə tutulub.

"Buta Sığorta" "Sığortalı gənclik" layihəsinə dəstək verən ilk sığorta şirkətidir. "Sığortalı Gənclik" layihəsi çərçivəsində ali məktəblərin tələbələri ilə peşəkar mütəxəssislərin iştirakı ilə ardıcıl təlimlər təşkil olunur, onlara sığortanın əsasları, dünyada və ölkəmizdə bu sektoru inkişaf meyilləri, sığorta bazarında gedən tendensiyalar, sığortanın mahiyyəti və onun iqtisadiyyatda yeri haqda geniş məlumatlar verilir.
Xatırladaq ki, bu layihə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, eləcə də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Təşkilatçılar Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və "Vətəndaş cəmiyyətində debat" İctimai Birliyidir.
Layihənin məqsədi Azərbaycan gəncləri arasında sığorta sahəsinin təbliği və təşviqi, gənclərin işçi kimi bu sahəyə cəlb olunması, onlarda sığorta mədəniyyətinin formalaşdırılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti