...

Albalı Plus-la gecəyədək şoppinq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2014 19:31 (UTC +04:00)
Yeni il alış-verişinizi Albalı Plus-la yadda qalan edin.
Albalı Plus-la gecəyədək şoppinq

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Albalı Plus (Albalı) kartı ilə şoppinqin vaxtı və sərhədi yoxdur. "Unibank" ASC-dən Trend-ə verilən məlumata görə, artıq Albalı Plus ilə təkcə gündüzlər yox, gecələr də şoppinq həyəcanını yaşayacaqsınız.

28 Mall-da başlayan "Gecəyə qədər şoppinq" marafonunda arzularınızı reallaşdıran Albalı Plus kartı sizin bələdçinizə çevriləcək. 28 Mall-dakı sevimli brend mağazalarınızda Albalı Plus-la alış-veriş edin, endirimlərdən faydalanaraq, xüsusi hədiyələr qazanın.

"Gecəyə qədər şoppinq" marafonu dekabrın 26-dan 30-dək və hər gün gecə saat 23:30-dək davam edəcək.

Yeni il alış-verişinizi Albalı Plus-la yadda qalan edin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti