...

"Bakı Ağ Şəhər" layihəsi ərazisindən 662 min kubmetrdən çox neftlə çirklənmiş torpaq daşınıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2015 19:28 (UTC +04:00)
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Torpaqların Rekultivasiyası Departamenti tərəfindən 2014-cü ildə "Azərneftyağ" NEZ-in "Bakı Ağ Şəhər" layihəsi ərazisində yerləşən istehsalat sahələrindən 662 min 398 kubmetr neftlə çirklənmiş torpaqların daşınması təmin edilib.
"Bakı Ağ Şəhər" layihəsi ərazisindən 662 min kubmetrdən çox neftlə çirklənmiş torpaq daşınıb (FOTO)

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Torpaqların Rekultivasiyası Departamenti tərəfindən 2014-cü ildə "Azərneftyağ" NEZ-in "Bakı Ağ Şəhər" layihəsi ərazisində yerləşən istehsalat sahələrindən 662 min 398 kubmetr neftlə çirklənmiş torpaqların daşınması təmin edilib.

Trend QSC-yə istinadən məlumat verir ki, il ərzində Departamentin 1-ci və 3-cü sahələrinin əməkçiləri ARDNŞ-nin Qaz Emalı Zavodunun ərazisində 11 min ədəd, H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində 6 624 ədəd, "Abşeronneft" NQÇİ-nin mədən ərazisində 18 304 ədəd, "Bibiheybətneft" NQÇİ-nin mədən ərazisində 49 012 ədəd, müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstəriblər. Yaşıllıq sahələrində mövsümi işlər yerinə yetirilib, bitkilərin normal inkişafı üçün məqsədyönlü tədbirlər görülüb.

2014-cü ildə yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi və sahələrin genişləndirilməsi tədbirlər planı çərçivəsində Departament "Abşeronneft" NQÇİ-nin mədən ərazilərində (Pirallahı qəsəbəsi) 4 124 ədəd, "Bibiheybətneft" NQÇİ-nin mədən ərazisində 1000 ədəd, H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində isə 1 800 ədəd, "Azneft" İB ilə birgə ARDNŞ-nin Qaz Emalı Zavodunun ərazisində 2 200 ədəd zeytun, sərv, eldar şamı ağacları və dekorativ bəzək kolları əkilib.

Yaşıllıq sahələrinin bərpası məqsədilə, ting ehtiyatının artırılması üçün "Bibiheybətneft" NQÇİ-nin mədən ərazisində fəaliyyət göstərən Departamentin 3-cü sahəsində 2013-cü ildə tikilib istifadəyə verilmiş 320 kvadratmetrlik istixanada 8 minə qədər akasiya, həmişəyaşıl oleyandr, iydə və s. ağacların toxumları əkilərək aqrotexniki xidmətlər göstərilib və normal bitiş alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti