...

Bərdə Aqrar-Sənaye Kompleksində son tamamlama işləri aparılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2015 15:07 (UTC +04:00)
Dövlətin güzəştli kreditləri hesabına ölkədə 20 müasir heyvandarlıq kompleksinin yaradılması layihəsi maliyyələşdirilib.
Bərdə Aqrar-Sənaye Kompleksində son tamamlama işləri aparılır

Azərbaycan, Bakı, 6 fevral /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi və onlara maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum bu gün Bərdənin Zümürxan kəndində keçirilib. 80-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə rayonun iqtisadi potensialına uyğun olaraq, cins heyvandarlıq və intensiv bağçılıq təsərrüfatlarının, pendir, üzlük daş və corab istehsalı müəssisələrinin, "yaşıl market" və fermer mağazalarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən bu ilin ötən dövrü ərzində 288 sahibkara 5.3 milyon manat dövlətin güzəştli kreditlərinin verildiyini bildirib.

Qeyd edilib ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 9500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 409.1 milyon manat, o cümlədən Bərdə rayonundan olan 1994 sahibkara 60 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına Bərdədə 4200-dən çox yeni iş yeri yaradılıb.

Ş.Abdullayev vurğulayıb ki, ötən illər ərzində 23 550 başlıq 20 cins heyvandarlıq kompleksi, illik emal gücü 200 min ton olan 8 süd, illik emal gücü 13.2 min ton ət və 68.2 min ton ət kəsimi olan 7 istehsal və emal müəssisəsinə 128 milyon manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində Bərdə və ətraf rayonlardan olan 57 sahibkara 694.5 min manat güzəştli kredit verilib. Həyata keçiriləcək layihələr 90-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Forum çərçivəsində dövlətin güzəştli krediti ayrılmış Bərdə Aqrar-Sənaye Kompleksində aparılan son tamamlama işlərinə və rayonun Türkmən kəndində 500 başlıq müasir heyvandarlıq kompleksində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti