...

Sakinlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2015 19:46 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev İmişlidə vətəndaşları qəbul edəcək
Sakinlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev fevralın 27-də saat 11:00-da İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində (20 Yanvar küç.) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - İmişli, Beyləqan, Füzuli, Ağcabədi rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar fevralın 26-sı saat 11:00-dək "192" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Xudafərin Gömrük İdarəsi (əlaqə telefonu: (021) 222-24-84) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti