...

Bakının mərkəzi prospektində bu tunelə giriş bağlanır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2015 14:07 (UTC +04:00)
Heydər Əliyev prospektinin köməkçi yolundan mərkəz istiqamətində “Bağırov körpüsü”nün altındakı tunelə giriş bağlanacaq.
Bakının mərkəzi prospektində bu tunelə giriş bağlanır (FOTO)

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir Azad Həsənli/

Bakıda təmir işləri ilə əlaqədar olaraq fevralın 28-i saat 09:00-dan etibarən Heydər Əliyev prospektinin köməkçi yolundan mərkəz istiqamətində "Bağırov körpüsü"nün altındakı tunelə giriş bağlanacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev Trend-ə bildirib ki, təmir işləri Avropa Oyunları öncəsi yolun saz vəziyyətə gətirilməsi bağlıdır.

Onun sözlərinə görə, təmir işləri martın 1-i günün ikinci yarısınadək başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti