Azərbaycan, Bakı, 16 mart /Trend/
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti nəzarət tədbirlərini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
Bakının Sabunçu rayonunda
- Bakıxanov qəsəbəsi, General Mehmandarov küçəsi, 18 ünvanında Şahin Əliağaya məxsus mağazada;
Nizami rayonunda
- Q.Qarayev prospekti, 94 ünvanında Mərdan Əliyevə məxsus mağazada;
- N.Abdullayev küçəsi, 4/41 ünvanında Gülnar Nəsirovaya məxsus mağazada;
Sumqayıt şəhərində
- 13-cü mikrorayonda İxtiyar Yaqnaliyevə məxsus mağazada;
Mingəçevir şəhərində
- H.Əliyev prospekti ilə Xətai küçəsinin kəsişməsində Gözəl Qasımovaya məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Suraxanı rayonunda
- Qaraçuxur qəsəbəsində Ceyhun Alıyevə məxsus mağazada;
- Yeni Günəşli qəsəbəsi, "D" yaşayış sahəsində Nuranə Şirinovaya məxsus mağazada;
Sumqayıt şəhərində
- 40-cı məhəllə, H.Əliyev prospekti, 62A ünvanında Famin Rəhimova məxsus mağazada;
- 11-ci mikrorayon, Koroğlu küçəsində Çimnaz Məcidovaya məxsus mağazada;
- 13-cü mikrorayon, 51B ünvanında Rəşad Abbasova məxsus mağazada;
Gəncə şəhərində
- Ə.Mehmandarov küçəsində Bayram Məmmədova məxsus mağazada;
Samux şəhərində
- Nəbiağalı küçəsində Ətayə Namazovaya məxsus mağazada;
Goranboy rayonunda
- Zeyvə kəndində Elvin Hüseynova və Hakim Göyüşova məxsus mağazalarda;
Mingəçevir şəhərində
- Vəzirov küçəsi, 25 ünvanında Yunis Fərzəliyevə məxsus mağazada;
Qusar rayonunda
- Yasab kəndində Yaşar Xalidova məxsus mağazada;
Masallı şəhərində
- H.Aslanov küçəsində Bəhrəm Ağayevə məxsus mağazada;
- 20 Yanvar küçəsində Ceyhun Abdullayevə və Ülkər Məmmədova məxsus mağazalarda;
Oğuz şəhərində
- H.Əliyev prospektində Tahir Rəfiyevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.