Azərbaycan, Bakı, 22 aprel /Trend/
AXA MBASK sığorta şirkəti (SŞ) sığorta agentliklərinin ehtiyaclarını, problemlərini və arzularını qiymətləndirmək məqsədilə "Media Consulting and Services" konsaltinq şirkəti yüzdən artıq respondentin (sığorta agentlərin) iştirak etdiyi anonim tədqiqat həyata keçirib.
Trend-in məlumatına görə, tədqiqatın məqsədi əsas ehtiyacları və arzuları aşkar etməkdən başqa, şirkətin sığorta agentlərinin məmnunluq dərəcəsini və loyallıq səviyyəsini müəyyən etmək idi. Buna görə də respondentlərə şirkətin ümumilikdə işini qiymətləndirmək təklif edilirdi. Bundan əlavə onlardan AXA MBASK-la uzunmüddətli əməkdaşlığa razılığı da soruşulurdu.
- Tədqiqatın nəticələri göstərdi ki, sorğuda iştirak etmiş agentlərin 91%-i AXA MBASK-la əməkdaşlıqdan tam razıdır və onlar şirkəti və fəaliyyət sahəsini ən azı 5 il ərzində dəyişdirmək niyyətində deyillər. Bu da, daha çox agent öz gələcəyini AXA MBASK-la bağladığını, yeni və nüfuzlu sığorta agenti peşəsini isə kifayət qədər perspektivli və iqtisadi cəhətdən cəlbedici hesab etdiklərini göstərir.
- Bundan başqa müəyyən edilmişdir ki, sığorta agentlərinin 56%-i 3 ildən artıq müddətdə AXA MBASK-la əməkdaşlıq edir.
- Əlavə olaraq sorğu göstərdi ki, AXA MBASKın "işləməsi asan olan sığorta şirkəti" strategiyasına uyğun olaraq, agentlərin gündəlik işlərini asanlasdırmağa və agentlərin asan sistemdə işləməsi üçün hazırlanmış xüsusi layihələrin sayəsində, 93% respondent şirkətin İnformasiya Texnologiya xidmətlərindən "tam razıdır".
- 93% agent sığorta ödənişinin tez verildiyinə görə və müştərilərinin razı buraxıldığı üçün AXA MBASK la işlədiyini bildirib.
- 88% agent Azərbaycanda agentlik peşəsinin gələcəyindən çox ümidlidir.
Eləcə də qeyd etmək lazımdır ki, əgər bir neçə il bundan əvvəl sığorta agenti vəzifəsi əsasən ali təhsil müəssisələrinin məzunları olan gənclər üçün cəlbedici idisə, bu gün, sorğuya müvafiq olaraq, həm paytaxtda, həm də bölgələrdə şirkətin agentləri qismində iş adamları, kiçik və orta biznes sahibləri çıxış edir.
Vurğulamaq lazımdır ki, agentlər həm fərdi biznesin genişləndirilməsinin və fasiləsiz aparılmasının təmin edilməsi, həm də şirkətin ümumilikdə gələcək inkişafı strategiyasının formalaşdırılması üçün zəruri olan aspektlər sırasında sığorta hadisələrin tənzimlənməsi prosesinin avtomatlaşdırılmasının təkmilləşdirilməsini, eləcə də agentlərin peşəkar səviyyəsini artırmaqla (işgüzar oyunlar, ustad-dərsləri, treninqlər) təklif edilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasını qeyd ediblər.
AXA MBASK SŞ gələcəkdə də həm agentlər, həm də şirkətin müştəriləri arasında belə sorğuların təşkil edilməsini və aparılmasını planlaşdırır. Belə ki, məmnunluq dərəcəsinin qiymətləndirilməsi vaxtında əks-əlaqəni qeydə almağa və öz servisin keyfiyyətinin artırılması üzrə tədbirlər görülməsinə imkan yaradır.