...

Hacıqabulda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2015 12:10 (UTC +04:00)
Hacıqabul rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
Hacıqabulda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Hacıqabul rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Hacıqabul rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu mayın 27-də Hacıqabul rayonunda işgüzar forum keçirib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması;
- cins heyvandarlıq, taxılçılıq və bağçılıq təsərrüfatlarının yaradılması;
- çörək və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti