...

Ucarda güzəştli kreditlər hesabına quşçuluq fabriki yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2015 15:54 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
Ucarda güzəştli kreditlər hesabına quşçuluq fabriki yaradılıb

Azərbaycan, Bakı, 24 iyun /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum iyunun 24-də Ucar rayonunun Qazıqumlaq kəndində keçirilib. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilib, Ucarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Ucar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, istixana və intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin və çörək zavodunun yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində 2771 sahibkara 92,4 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 10600-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 431 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 35000-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində Ucar və ətraf rayonlardan olan 69 sahibkara 1,9 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, taxılçılıq və s. sahələrin inkişafına yönəldiləcək.

Forum çərçivəsində Ucarda güzəştli kredit ayrılmış ildə 9,5 min ton quş əti istehsal etmək gücündə olan müəssisəyə baxış keçirilib. Ümumilikdə, son illər ərzində dövlətin güzəştli kreditləri hesabına illik istehsal gücü 59,4 min ton quş əti və 296 milyon ədəddən çox yumurta olan 42 quşçuluq təsərrüfatına 116,6 milyon manat güzəştli kredit verilib, nəticədə sənaye üsulu ilə quş əti istehsalı ildə 100 min tonu ötüb, bu sahədə özünü təminetmə səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti