...

Sabah ABB-nin yeni sədrinin seçilmə tarixi müəyyənləşə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2015 14:02 (UTC +04:00)
Sabah Azərbaycan Beynəlxalq Bankının (ABB) Müşahidə Şurasının iclası keçiriləcək.
Sabah ABB-nin yeni sədrinin seçilmə tarixi müəyyənləşə bilər

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Azad Həsənli/

Sabah Azərbaycan Beynəlxalq Bankının (ABB) Müşahidə Şurasının iclası keçiriləcək. Trend-in məlumatına görə, bunu maliyyə nazirinin müavini ABB-nin Müşahidə Şurasının sədri Azər Bayramov Bakıda keçirilən VI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AİİF-2015) çərçivəsində jurnalistlərə deyib.

O, iclasda müzakirə ediləcək məsələlərlə bağlı məlumat verməyib.

İstisna edilmir ki, Müşahidə Şurasında bankın səhmdarlarının ümumi yığıncağının keçirilmə tarixi müəyyənləşəcək və səhmdarların təsdiqinə çıxarılacaq məsələlər müzakirə ediləcək. Məlum olduğu kimi iyulun 6-da ABB-nin İdarə heyətinin üzvlərinin səlahiyyət müddəti başa çatır və səhmdarların yığıncağında bankın İdarə heyətinin yeni sədri seçiləcək.

Hazırda bankın İdarə heyətinin sədrinin səlahiyyətlərini Emil Mustafayev icra edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti