...

Azərbaycan Rusiya istehsalı maşınların əsas idxalçılarından biri olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2015 14:44 (UTC +04:00)
Azərbaycan “LADA” markalı Rusiya istehsalı maşınların əsas idxalçılarından biri olacaq.
Azərbaycan Rusiya istehsalı maşınların əsas idxalçılarından biri olacaq

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan "LADA" markalı Rusiya istehsalı maşınların əsas idxalçılarından biri olacaq.

Trend bu barədə "AvtoVAZ" şirkətinin direktoru Bu Anderssonun Rusiya mətbuatına verdiyi bəyanata əsasən məlumat verir.

B.Andersson bildirib ki, "LADA" avtomobilləri yeni standartlara keçdikdən sonra Rusiya bazarından başqa, 15-20 xarici dövlətdə də satışa çıxarılacaq: "İyulun 1-dən maşınlarımız Avropa standartlarına uyğun olacaq. Şirkət artıq 2015-ci ildə 70 min avtomobilin tədarükü ilə bağlı müqavilə imzalayıb. İlin yekunlarına əsasən, TOP-5 idxalçı arasında Qazaxıstan, Azərbaycan, Misir, Ukrayna və Almaniya yer alıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti