...

Avqustun 1-dən AZAL-ın ekonom-sinif biletləri yeni prinsip üzrə satılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2015 19:10 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) 20 faizlik endirimin tətbiq ediləcəyi bütün istiqamətlər üzrə ekonom-sinif biletləri "Nesting" prinsipi ilə reallaşdırılacaq.
Avqustun 1-dən AZAL-ın ekonom-sinif biletləri yeni prinsip üzrə satılacaq

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir Maksim Tsurkov/

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) 20 faizlik endirimin tətbiq ediləcəyi bütün istiqamətlər üzrə ekonom-sinif biletləri "Nesting" prinsipi ilə reallaşdırılacaq.

Trend-in məlumatına əsasən, bunu bu gün mətbuat konfransında AZAL-ın icraçı direktoru Eldar Hacıyev deyib.

Onun sözlərinə görə, bu prinsip bu il avqustun 1-dən satış sistemində tətbiq ediləcək.

E.Hacıyev qeyd edib ki, bu yenilik insan faktorunu minimumadək endirəcək: "Əvvəlcədən hər bir reys üçün endirimə düşən kürsülərin sayı müəyyənləşəcək. "Nesting" prinsipi o deməkdir ki, daha ucuz biletlər onları daha əvvəl alan müştərilərə qismət olacaq. Lakin alıcı arzu edərsə, daha bahalı bilet əldə edə bilər. Bu proses tam tənzimlənəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti