Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir Maksim Tsurkov/
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli reyslərində baqaja görə xüsusi ödəniş sistemi tətbiq ediləcək. Trend-in məlumatına görə, bunu bu gün mətbuat konfransında AZAL-ın icraçı direktoru Eldar Hacıyev deyib.
Onun sözlərinə görə, avqustun 7-dən başlayaraq turizm mövsümünün sonunadək həftənin 3 günü Antalyaya aşağı büdcəli uçuşlar təşkil olunacaq.
E.Hacıyev qeyd edib ki, aşağı büdcəli reyslərin sərnişinləri 5 kiloqramdan ağır olmayan əl yükü götürə biləcəklər: "5-23 kiloqrama qədər olan baqajlar üçün Bakıdan 50 manat, Türkiyədən isə 50 dollar ödəniləcək. Baqajın çəkisi 23 kiloqramdan çoxdursa, bunun üçün əlavə ödəniş tələb olunacaq".