...

AZAL yeni istiqamətlər üzrə uçuşları genişləndirməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2015 20:32 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) yeni loukost istiqamətlər üzrə uçuşları genişləndirməyi planlaşdırmır.
AZAL yeni istiqamətlər üzrə uçuşları genişləndirməyəcək

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir Maksim Tsurkov/

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) yeni loukost istiqamətlər üzrə uçuşları genişləndirməyi planlaşdırmır.

Trend-in məlumatına görə, bunu bu gün mətbuat konfransında AZAL-ın icraçı direktoru Eldar Hacıyev deyib.

Onun sözlərinə görə, AZAL-ın hazırda Avropaya aşağı büdcəli uçuşların həyata keçirilməsi üçün kifayət qədər təyyarəsi yoxdur: "Məsələ burasındadır ki, aşağı büdcəli reyslər üçün tamamilə ekonom-sinifli yerlərdən ibarət təyyarələr lazımdır. Üstəlik, bunlar orta magistral təyyarələri - ən azı "Airbus A-320" və ya "Boeing-737" olmalıdır. Bizdə isə tamamilə ekonom-sinifli yerlərdən ibarət modellərimiz yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti