...

"TuranBank"ın aktivləri 6 aya 21 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2015 18:46 (UTC +04:00)
2015-ci ilin iyulun 1-nə "TuranBank"ın aktivləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 38%, ilin əvvəlinə nisbətən isə 21% artaraq 388,8 mln. manat təşkil edib.
"TuranBank"ın aktivləri 6 aya 21 faiz artıb

Azərbaycan, Bakı, 24 iyul /Trend/

2015-ci ilin iyulun 1-nə "TuranBank"ın aktivləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 38%, ilin əvvəlinə nisbətən isə 21% artaraq 388,8 milyon manat təşkil edib.

"TuranBank"dan Trend-ə verilən məlumata görə, bankın kredit portfeli isə ötən ilin yanvar-iyun ayı ilə müqayisədə 28%, ilin əvvəlindən isə 16% artaraq 255,7 milyon manata çatıb.

1 iyul 2015-ci il tarixinə bankın müştəri hesabları və depozit portfeli 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 23%, ilin əvvəlinə nisbətən isə 20% artaraq 172,8 milyon manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 26,4%, cari ilin əvvəli ilə müqayisədə isə 14% artaraq 82,3 milyon manat olub.

2015-ci ilin iyul ayının 1-nə bankın nizamnamə kapitalı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 6% artaraq 50 milyon manat, məcmu kapitalı isə 52,3 milyon manat təşkil edib.

2015-ci ilin yanvar-iyun aylarının fəaliyyət nəticələrinə əsasən bankın gəlirləri 16,481 milyon manat, xərcləri isə 16,766 milyon manat təşkil edib. Hesabat dövrü ərzində bankın zərəri 285 min manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti