Büdcənin icra vəziyyəti: Ajiotaj yaratmağa lüzum yoxdur

Büdcənin icra vəziyyəti: Ajiotaj yaratmağa lüzum yoxdur

Fikrət Yusifov

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırnalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor

Dünya bazarlarında neftin qiymətlərinin bir ildən bir qədər artıq vaxt ərzində iki dəfəyə qədər aşağı düşməsi iqtisadiyyatı neftlə bağlı olan ölkələrdə ciddi problemlər yarada bildi. Sözsüz ki, neftin qiymətlərində yaranmış dəyişiklik fonunda Azərbaycanın dövlət büdcəsi də müəyyən təsirlərə məruz qalmalı idi. Bu yazıda da elə büdcənin 6 aylıq icra vəziyyətini təhlil etməyə çalışacağıq. Lakin əvvəlcə büdcə ilə bağlı mətbuatda gözə dəyən bəzi hay-küylü "şərhlərin" üzərində dayanmağımız da yerinə düşər.

***

Müstəqilliyimizin ilk dövrlərində dövlət büdcəsinin icrasına rəhbərlik etmiş bir şəxs kimi deyə bilərəm ki, digər neft ölkələri ilə müqayisədə Azərbaycan mövcud durumun yarada biləcəyi bütün çətinlikləri arxada qoyacaq dəqiq maliyyə siyasəti apara bildi. Hökumət büdcənin icrasını düzgün olaraq balanslaşdırma prinsiplərinə söykənərək təmin etdi. Vəziyyət heç də bəzi "ekspertlərin" büdcə gəlirlərinin 6 aylıq faktiki icra göstəricilərini 2015-ci ilin illik proqnoz göstəriciləri ilə müqayisə edib, "hökumət bu ilin 6 ayında büdcəyə gəlirlərin 40%-ni təmin edib" deməklə insanlarda çaşqınlıq yaratmaq istəyənlərin "düşündükləri" kimi deyil. Yaxşı olardı ki, bu "ağıllı təhlilçilər" cari ilin 6 aylıq büdcə gəlir və xərclərinin faktiki icrası üzrə göstəriciləri illik proqnoz göstəriciləri ilə deyil, 6 aylıq proqnoz göstəriciləri ilə müqaisə edəydilər.

Əslində, büdcənin icrasına qiymət vermək istəyən ağıllı adamlar bu məntiqdən çıxış etməli idi (Belədə cəmiyyətə "büdcə 40% icra olunub" kimi hay-küylü açıqlamalar ötürmək mümkün olmazdı). Belələrinə bəzi məqamları anlatmaq məcburiyyətindəyik. Bu "ekspertlər" bilməlidirlər ki, illlik proqnozların rüblər üzrə bölgüsü heç də onların düşündüyü kimi rüblər üzrə bərabər formada aparılmır və bu heç vaxt belə olmayıb. İlin birinci rübünün proqnozları (həm gəlirlər və həm də xərclər üzrə) bir qayda olaraq ilin sonuncu rübünün proqnozlarından aşağı nəzərdə tutulur. Rüblər üzrə proqnozlaşmaya bu cür yanaşmanın obyektiv səbəbləri var. Təəssüf ki, bu səbəblərin tam izahını qısa bir yazıda vermək mümkün deyil. Odur ki, kimə lazım olsa təşkilatımızın qapıları onların üzünə açıqdır, buyurub müraciət etsinlər, biz onlara həmin məsələlərlə bağlı əsaslandırılmış izahatlar verməyə hazırıq.

***

Dövlət büdcəsinin 6 aylıq icrası onu göstərdi ki, neft qiymətlərinin 2 dəfə aşağı düşməsinə, büdcədə neftin qiymətinin 90 ABŞ dolları nəzərdə tutulmasına və bu gün həmin qiymətin 55 dollar ətrafında olmasına baxmayaraq, büdcənin icrasında insanlarımızı rahatsız edə biləcək heç nə baş verməyib. Əksinə, büdcə gəlirlərinin 6 aylıq icrası bir daha sübut etdi ki, Azərbaycan hökumətinin ölkədə qeyri-neft sektorunu əsaslı şəkildə inkişaf etdirməyə dair müəyyən etdiyi kurs heç nədən asılı olmayaraq uğurla həyata keçirilir.

Baxın büdcəyə, 6 ay ərzində Vergilər Nazirliyinin xətti ilə yığılan - qeyri neft sektoruna aid daxilolmalar keçən ilin eyni dövrü ilə müqaisədə 11,4% artıb. Bu rəqəm Nazirlər Kabinetinin iyul ayının 13-də keçirilmiş cari ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə Prezidentin səsləndirdiyi fikirlərin faktiki sübutudur: "Beləliklə, 6 ayda iqtisadiyyat 5,7 faiz artıb. Bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut edir. Bundan da yaxşı göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artımı görürük. Yəni, bundan yuxarı nəticə ola bilməz. Sənaye istehsalı təxminən 4 faiz artıb. Qeyri-neft sənayesi 14 faizdən çox artıb. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, tədbirlərin nəticəsidir".

Doğrudan da, dünya bazarlarında neftin qiymətlərinin kəskin aşağı düşdüyü bir şəraitdə bir neft ölkəsi olaraq əldə etdiyimiz bu nəticələr Prezident İlham Əliyevin dediyi kimi, tarixi naliyyətlərdir.

***

2015-ci ilin ilk 6 ayında dövlət büdcəsinə 7 milyard 714,4 milyon manat proqnoza qarşı 7 milyard 807 milyon manat vəsait daxil olmuşdur ki, bu da proqnoz göstəricilərinin 101,2 faiz yerinə yetirilməsi deməkdir. Hesabat dövründə büdcənin xərc hissəsi 85% icra edilmişdir (10 milyard 92 milyon manat proqnoza qarşı 8 milyard 578 milyon manat). Dövlət büdcəsinin gəlir və xərcləri arasında fərq 2014-cü ildə dövlət büdcəsinin icrası zamanı əldə edilmiş 771 milyon manat profisit hesabına maliyyələşdirilib. Proqnozla nəzərdə tutulduğundan 1 milyard 514 milyon manat az vəsait xərclənməsi təbii ki, neftin qiymətlərinin dünya bazarlarında kəskin şəkildə aşağı düşməsi səbəbindən hökumətin daha ehtiyatlı davranaraq büdcədə nəzərdə tutulmuş bəzi müdafiə olunmayan xərclərə qənaət rejimini tətbiq etməsi ilə bağlıdır. Yaranmış vəziyyətdə bu çox düzgün addımdır.

Yazılmış təsnifatla büdcə xərcləri müdafiə olunan və müdafiə olunmayan xərclərə bölünsə də, əslində büdcədə həmişə 2-ci və 3-cü dərəcəli xərclər kateqoriyasına aid edilə biləcək xərclər mövcuddur və lazım gəldikdə onlara qənaət edilməsi praktikasna hər bir ölkədə rast gəlmək olar. Bir sözlə, nəzərə aldıqda ki, neftin qiymətləri bir il bundan əvvəlkinə nisbətən 2 dəfə, büdcədə nəzərdə tutulan bir barel üçün 90 dollar səviyyəsindən isə 35-40% aşağı düşüb, deməli, hökumətin büdcə xərclərinə cəmisi 15% qənaət etməklə onun icrasını təmin edə bilməsi ancaq təqdir olunmalıdır.

Burada bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, ötən hesabat dövrü ərzində büdcədə nəzərdə tutulan sosial proqramların reallaşdırılması və müdafiə olunan xərclərin maliyyələşdirilməsi sahəsində heç bir çətinlik olmamışdı. Əksinə, Nazirlər Kabinetinin son toplantısında əhalinin mənzil şəraitini daha da yaxşılaşdırmaq məqsədilə Prezident İlham Əliyev ipoteka kreditləşməsinə büdcədən əlavə olaraq 200 milyon manat ayrılmasını tövsiyə etdi. Altı ay ərzində 3000-ə qədər sahibkar bu sahənin inkişafına dəstək olaraq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 100 milyon manata qədər güzəştli kreditlər alıblar.

Qoy "büdcə 40% icra olunub", "hökumət yeni maliyə mənbələri axtarır" deyib hökumətin guya bu səbəbdən öz mülkiyyətində olan Neft Şirkətinin və başqa təşkilatların səhmlərini satışa çıxara biləcəyini düşünənlər, bu təhlili oxuyub özləri üçün nəticə çıxarsınlar və anlasınlar ki, siyasi motivlərə söykənən bu cür ucuz çağırışlarla heç bir nəticə əldə edə bilməyəcəklər.

“Karvan-L” tender elan edir
“Karvan-L” tender elan edir
“PAŞA Sığorta” şirkəti “Bakı Gəmiqayırma Zavodu” və “Mərkəzi Klinika” MMC-nin elan etdiyi tenderlərin qalibi olub
“PAŞA Sığorta” şirkəti “Bakı Gəmiqayırma Zavodu” və “Mərkəzi Klinika” MMC-nin elan etdiyi tenderlərin qalibi olub
Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
Loading Bars
Xəbər lenti
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib (FOTO)
ANAMA yeni minatəmizləmə texnikaları almağı planlaşdırır
26 subartezian quyusunun qazılması üçün 1,82 milyon manat ayrılıb - Sərəncam
Ümummilli lider Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib (FOTO/VİDEO)
Şuşaya çəkilən ikinci yolda işlər sürətləndirilib
Vətən Müharibəsi qəhrəmanları ilə bağlı mənzillər, xatirə yerləri tarixi abidə hesab olunacaq
Şuşada İsa Bulağına yol çəkiləcək
Azərbaycan səhiyyəsi Heydər Əliyevin müəyyənləşdirdiyi strateji yolla inamla addımlayır
Qarabağda “yaşıl enerji” zonasının yaradılması üçün Yaponiya şirkəti ilə müqavilə imzalanıb
Qarabağda dinc həyatın təmin olunması üçün həyata keçirilən prosesləri siyasiləşdirmək lazım deyil - Lavrov
Vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adları əbədiləşdiriləcək
Vətən Müharibəsi Qəhrəmanlarının dəfni ilə bağlı qayda müəyyən edilir
Balıqçı gəmilərinin hərəkəti ilə bağlı qaydalar dəyişir
Qazaxıstan şirkəti Azərbaycanda “ağıllı" kənd və şəhər layihələrində iştirak edəcək
Bu şəxslərin dəfn mərasimi zamanı hərbi ehtiram göstəriləcək
İranda ötən sutka 338 nəfər koronavirusdan ölüb
Qəbələdə ağır yol qəzası - 3 ölü, 5 yaralı
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin zəngin irsi dünya ədəbiyyatında özünəməxsus yer tutur (FOTO)
İstanbulda yaşayış binası çökdü (VİDEO)
Dövlət Vergi Xidmətinə rəis təyin olundu - SƏRƏNCAM
Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinə rəis təyin edib (YENİLƏNİB)
Sabah 25 dərəcəyədək isti olacaq
Bundan sonra da vaksinlərin gətirilməsi təmin ediləcək - Teymur Musayev
Qarabağda vəziyyət normallaşıb, xırda insidentlərin qarşısı dərhal alınır - Lavrov
Körpüdə intihara cəhd olub - Yolda sıxlıq yaranıb (FOTO)
Kəndlərdə elektrik enerji təchizatı şəbəkəsi yenidən qurulur (VİDEO)
Azərbaycanda koronavirusa ən çox bu yaşda olanlar yoluxur
Ağdam rayonunun Qarapirimli kəndi (FOTO/VİDEO)
Zəfər yolu bu ilin sentyabrında istifadəyə veriləcək (FOTO/VİDEO)
Bayram günlərində məhdudiyyətlər olacaq? - Operativ Qərargah AÇIQLADI
Ölkəmizdə tətbiq olunan bütün vaksinlər təhlükəsiz və effektivdir - Teymur Musayev
Bu tarixdən Azərbaycanda yaşı 18-dən yuxarı şəxslərin vaksinasiyası başlayır - RƏSMİ
Xəstəxanalarda boşalan çarpayıların sayı artmaqdadır - Nazir müavini
Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanların sayını iki dəfə keçib - Operativ Qərargah
İki-üç gün ərzində “Zəfər yolu” minalardan tam təmizlənərək təhvil veriləcək - Agentlik rəsmisi
Azərbaycanda vaksinasiya prosesinin yeni mərhələsi elan olunacaq - Teymur Musayev
İki min hektardan çox ərazi mina və PHS-dən tam təmizlənib - ANAMA
Koronavirusla bağlı bizi və dünyanı narahat edən məlumatlar Hindistandan daxil olur - Yaqut Qarayeva
"Azərxalça”nın sabiq rəhbəri Vidadi Muradovun həbs müddəti uzadılıb
Operativ Qərargah brifinq keçirib (VİDEO)
İndiki vəziyyətdə Minsk qrupu yalnız bölgədə sülhün təmin edilməsinə dəstək ola bilər - Deputat
Qərbi Azəri platformasında hasilat bərpa edilib
Təhsil naziri bu direktorları vəzfiəsindən azad edib
Xəzər dənizinin sahilində 150-dən çox suiti ölüsü tapılıb
Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb
Kapital Bank və Visa Azərbaycanda Visa B2B Connect ödəmə şəbəkəsini təqdim edir
Ermənistanda 5 mindən çox fərari əfv olunur
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Bakıda ötən gün 40-a yaxın ağac aşıb, 4 avtomobilə ziyan dəyib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
Daxili Qoşunların Vətən müharibəsində iştirak edən hərbçisi vəfat edib (FOTO)
Azərbaycanda qızıl bahalaşıb
Hadrutda müharibədən sonra hər şey, o cümlədən erməni kilsəsi toxunulmaz qalıb - Rusiya nəşri
Qohumunun avtomobilini sökərək ehtiyat hissələrini satdı
Meşədə narkotik yetişdirən şəxs saxlanılıb (FOTO)
Bakıda ana və övladı son anda ölümdən xilas oldu (VİDEO)
Baydenlə Putin Bakıda görüşə bilər
Ermənilərin azərbaycanlılara qarşı nifrəti nəsildən-nəslə təlqin edilib - Politoloq
Bakıda 6 evdən pul, qızıl-zinət əşyaları oğurlayanlar yaxalanıb
İki qardaş mağaza sahibinin qollarını bağlayıb soyğunçuluq etdilər (FOTO)
10 noyabr Bəyanatının yerinə yetirilməsi ilə bağlı narahatlığa əsas yoxdur - Ramil Usubov
Türkiyənin türkdilli ölkələrə ixracı artıb
Ermənistan siyasi dairələrinin qisas yönümlü bəyanatlarını ciddi qəbul etmirəm - Təhlükəsizlik Şurasının katibi
Azərbaycanlı həkim koronavirusdan dünyasını dəyişib
MÜSİAD rəsmiləri Bakı Dövlət Peşə Təhsil Mərkəzini ziyarət edib (FOTO)
Mayın 6-da xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycanın Şuşada Qazançı kilsəsinin təmirinə başlaması tolerantlığın göstəricisidir
BMT Baş Assambleyasının rəhbəri Ermənistanın 1915-ci il hadisələri ilə bağlı iddialarına cavab verdi
"Starship" gəmisinin prototipi ABŞ-da keçirilən sınaqlarda uğurlu eniş edib
Jurnalistlər “Zəfər yolu”nun tikintisi ilə tanış olmaq məqsədilə Füzuliyə yola düşüblər
ABŞ Dövlət katibi Ukraynaya səfərə gəlib
"Moderna" peyvəndinin üçüncü dozasının COVID-19-un yeni ştammlarına qarşı təsirli olduğu göstərilib
Teledərslərin mayın 6-na olan cədvəli açqılanıb
İsrail ordusu Suriyada "Hizbullah"ın mövqelərini atəşə tutub
Türkiyədə son sutkada koronavirusdan 38 218 nəfər sağalıb
Dünyada ötən sutka koronavirusa 721 mindən çox yoluxma qeydə alınıb - ÜST
"Çelsi" futbol klubu Çempionlar Liqasının finalına yüksəlib
İmişlidə evdə yanğın olub
Mingəçevir Dövlət Universitetində "Heydər Əliyev: Vətənimiz Azərbaycana həsr olunmuş ömür" mövzusunda dəyirmi masa keçirilib (FOTO)
ATƏT-in Minsk Qrupu saxlanılan ermənilərin Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayıb
Ermənistanda Sergey Lavrovun səfərinə qarşı etiraz aksiyası keçirilib
Qəbələdə minik avtomobilləri toqquşub, ölən var
Kommunikasiya yollarının açılması Ermənistan üçün prioritet məsələ olmalıdır - Paşinyan
Qırğızıstanda ölkə hökuməti Nazirlər Kabineti ilə əvəz olunub
30 il ərzində heç bir müsbət irəliləyişə nail olmayan Minsk Qrupuna artıq gərək yoxdur - TƏHLİL
Milli Məclisin Sədri Sahibə Qafarova Gürcüstanın Baş naziri ilə görüşüb (FOTO)
Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb (FOTO)
Bu şəxslərə özünütəcrid müddəti başa çatandan sonra SMS gəlməyə bilər
Ombudsman Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair HESABAT hazırlayıb
Dünyada aviadaşımalara tələb 7 faizdən çox artıb
Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar - Əli Əsədov
Azərbaycanla üç ölkə arasında Birgə Komissiyaların tərkibi təsdiqlənib
“Startap üçün yeni imkanlar” mövzusunda məlumatlandırıcı vebinar keçiriləcək
Qrız, Şahdağ və Xınalıqda qar yağıb - FAKTİKİ HAVA
Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə görüşüb (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)
“Əsas Məsələ”də Ermənistandakı erkən seçkilərə hazırlıq və bu ölkədəki mövcud xaos müzakirə olunub (VİDEO)
Neft milyonçusu Murtuza Muxtarovun qətli ilə bağlı bədii-sənədli film hazırlanıb (FOTO/VİDEO)
Putinlə Ərdoğan Qarabağı müzakirə edib
Türkiyəyə dəstək: UNEC ailəsi hər zaman qardaş Türkiyənin yanındadır
Aylıq 38 AZN-dən başlayan ödəniş!
Bütün xəbərlər