...

Unibank-dan 0% komissiyalı kreditlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2015 20:02 (UTC +04:00)
"Unibank"da komissiyasız nağd kreditlər dövrü başladı.
Unibank-dan 0% komissiyalı kreditlər

Azərbaycan, Bakı, 29 iyul /Trend/

"Unibank"da komissiyasız nağd kreditlər dövrü başladı.

Bankdan Trend-ə verilən məlumata görə, 31 avqustadək davam edən kampaniya dövründə banka müraciət vətəndaşlar 10 min dollaradək nağd kreditləri 0% komissiya ilə götürə bilərlər.

Dollar kreditləri 3 ilədək müddətə verilir. "Unibank"a müraciət edənlər 10 min manatadək kreditlərindən də faydalana bilərlər. Manat kreditləri 1%-lik komissiya ilə ayrılır.

Ölkənin qabaqcıl banklarından olan "Unibank"ın maliyyə bazarında rolu, beynəlxalq maliyyə institutları və KİV tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan "The Banker" jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə, "Unibank"ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda "Ən yaxşı riteyl bank" nominasiyası üzrə mükafatlandırıb. "Unibank" həmçinin biznesin inkişafına verdiyi maliyyə dəstəyinə görə "Uğur" Milli Mükafatına layiq görülüb.

"Unibank" hazırda 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün "Unibank"ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud "facebook" və "twitter" səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti