...

SPECA üzv dövlətlər nəqliyyat və infrastrukturun inkişafını müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2015 16:08 (UTC +04:00)
Sentyabr 10-u və 11-də Qazaxısyanda BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Nəqliyyat və sərhəd keçid məsələləri üzrə Layihə İşçi Qrupunun 20-ci iclası keçiriləcək.
SPECA üzv dövlətlər nəqliyyat və infrastrukturun inkişafını müzakirə edəcək

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir Elmir Murad/

Sentyabr 10-11-də Qazaxıstanda BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Nəqliyyat və sərhəd keçid məsələləri üzrə Layihə İşçi Qrupunun 20-ci iclası keçiriləcək.

Nəzqliyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Almatı şəhərində keçiriləcək iclas zamanı SPECA ölkələrində nəqliyyat və infrastrukturun inkişafı üçün həyata keçirilən layihə və təşəbbüslər, bu isqtiqamətdə dövlət-özəl tərəfdaşlığı, SPECA üzv dövlətlərdən əldə ediləcək məlumatlar əsasında nəqliyyat və sərhəd keçid məsələləri sahəsində məlumat bazasının yenilənməsi, BMT-nin nəqliyyat və gömrük məsələləri ilə bağlı sazişlərinə qoşulma, onların yerinə yetirilməsi, habelə regionda nəqliyyat dəhlizlərinin və şəbəkələrinin inkişafı ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Tədbirdə Nəqliyyat Nazirliyinin və Dövlət Gömrük Komitəsinin nümayəndələri də iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti