...

28 Mall Ticarət mərkəzi “Yenidən məktəbə” kampaniyasına start verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2015 10:14 (UTC +04:00)
28 Mall Ticarət mərkəzi “Yenidən məktəbə” kampaniyasına start verir.
28 Mall Ticarət mərkəzi “Yenidən məktəbə” kampaniyasına start verir

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

28 Mall Ticarət Mərkəzi "Yenidən məktəbə" kampaniyasına start verir.
Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Mərkəzdən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq, "28 mall" Ticarət Mərkəzi xüsusi olaraq məktəblilər üçün "Yenidən məktəbə" kampaniyasına start verir və əyləncəli günlər təşkil edir.

Kampaniya çərçivəsində mağazalarda xüsusi kolleksiyalar olacaq. Əyləncəli tədbirlər isə 5,6 və 12,13 sentyabr tarixlərində, saat 12:00- 14:00-a kimi təşkil olunacaq. Burada məktəbliləri əyləncəli şoular və maraqlı oyunlar gözləyəcək.

"28 Mall" Ticarət Mərkəzinin təşkil etdiyi bu kampaniyanın məqsədi yeni tədris ilində uşaqların ruh yüksəkliyini artırmaqdır.

Qeyd edək ki, "28 Mall" Ticarət Mərkəzi mütəmadi olaraq müxtəlif mövzularda müxtəlif tədbirlər təşkil edir.

"28 Mall"ın ümumi sahəsi 25.000 m2-dir. Mərkəzin ərazisində ticarət obyektləri ilə yanaşı Food Court (alış-veriş ticarət mərkəzlərində yemək üçün ayrılmış xüsusi bölmə) və restoranlar, 1200 nəfərlik kinoteatr və uşaqlar üçün əyləncə yeri də mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti