...

”AZAL”da təyyarə bələdçisi işləmək istəyənlərin nəzərinə

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2015 13:58 (UTC +04:00)
”Azərbaycan Hava Yolları” Qаpalı Səhmdar Cəmiyyətində təyyarə bələdçisi işləmək istəyən qızların nəzərinə.
”AZAL”da təyyarə bələdçisi işləmək istəyənlərin nəzərinə

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

"Azərbaycan Hava Yolları" Qаpalı Səhmdar Cəmiyyətində təyyarə bələdçisi işləmək istəyən qızların nəzərinə.

Sentyabr ayının 10-dan oktyabr ayının 10-dək saat 10.00-dan 13.00-a kimi "Azərbaycan Hava Yolları" QSC-nin təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edilir.

Namizədlər müsabiqə yolu ilə seçiləcək.

Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən aşağı və 180 sm-dən çox olmayan; azərbaycan, rus, inglis və ya digər xarici dillərdə sərbəst danışmağı bacaran, xarici görünüşü xoşagəlimli qızlar iştirak edə bilər.

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur:

- şəxsiyyət vəsiqəsi;
- bir fotoşəkil (3х4);
- xarici pasport;
- diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa).

Bütün sənədlər "Azərbaycan Hava Yolları" QSC-nin Şəxsi Heyətlə İş üzrə Baş İdarəsinə təqdim olunmalıdır.

Məlumat üçün "Azərbaycan Hava Yolları" QSC-nin Şəxsi Heyətlə İş üzrə Baş İdarəsinə müraciət edə bilərsiniz.

Əlaqə telefonları:

497-26-00 (daxili: 24-04; 20-45; 20-74); 497-20-45

Məqalədə:
Xəbər lenti

Xəbər lenti