...

Azərbaycan “Doing Business 2016” hesabatında 17 pillə irəliləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2015 09:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Dünya Bankı Qrupu Doing Business 2016-cı il üzrə hesabatını açıqlayıb.

Trend-in məlumatına görə, Azərbaycana aid qiymətləndirmələr bölümündə bildirilir ki, Azərbaycan ötən il olduğu kimi, 189 ölkə arasında 63-cü yerdə qərarlaşıb. (geriyə sayma reytinqi). Həmçinin, Azərbaycanın bir il ərzində islahat bençmarkı (DTF) ilə məsafəsi bir baldan da artıq azalıb.

İslahat bençmarkı göstəricisində Azərbaycanın mövqeyinin yaxşılaşması əsasən biznesə başlama, ikinti üçün icazələrin alınması və xırda investorların müdafiəsi kimi üç sahədə apardığı islahatlarla izah olunur.

Daha də qiq qeyd olunarsa, Azərbaycan dünyada 3 və daha artıq islahatı həyata keçirmiş 26 ölkə arasında yer alır. Bu, dünya ölkələrinin yalnız 14 faizi deməkdir.

Biznesə başlama sahəsində islahatlar: Azərbaycan korporativ möhürlərin istifadəsi ilə bağlı tələbi ləğv etməklə biznesə başlamanı asanlaşdırıb.

Biznesə başlama müddəti ötən il Norveçlə müqayisədə daha az 5 gündən 3 günə qədər azalıb.

Tikinti üçün icazələrin alınması sahəsində islahatlar: Azərbaycan layihə sənədlərinin ilkin təsdiqlənməsini həayat keçirmək üçün vahid pəncərə sistemini formalaşdırmaqla tikintiyə icazələrin verilməsini daha da asanlaşdırıb.

Nəticədə, anbarların tikintisı üzrə prosedurların sayı 24-dən 18-ə qədər azaldılmışdır.

Xırda investorların qorunması sahəsində islahatlar: Azərbaycan əlaqəli tərəflərlə əməliyyatların xarici qiymətləndirilməsinin keçirilməsi və bitərəf səhmdarlar tərəfindən təsdiqlənməsi ilə bağlı tələblərin tətbiqi ilə xırda investorların müdafiəsini gücləndirib.

Biznesə başlamadan əlavə (189 ölkə arasında 7-ci yerdə qərarlaşır), Azərbaycan əmlakın qeydiyyatı sahəsində qabaqcıl təcrübəni tətbiq edir.

Əmlakın qeydiyyatına gəldikdə isə əmlakın ötürülməsinin qeydiyyatı qlobal səviyyədə orta göstərici olan 48 günlə müqayisədə yalnız 8,5 gün çəkir.

Azərbaycanda inkişafa ehtiyac olan sahələr mövcuddur, bu, xüsusilə tikinti üçün icazələrin alınması (114-cü yer) və elektrik enerjisinə çıxış (110-cu yer) sahələrində nəzərəçarpandır.

Tikinti üçün icazələrin alınmasına gəldikdə, qlobal göstərici 160 günlə müqayisədə ölkədə anbar tikintisi üçün 203 gün tələb olunur.

Bu ilin Doing Business hesabatında tənzimləmələrin keyfiyyəti, o cümlədən biznes üzrə tənzimləmələr bazasının səmərəliliyinin qiymətləndirilməsi üzrə bençmarkların inkişafı istiqamətində qeyd olunan sahələrdə reallıqların daha yaxşı əhatə olunması məqsədilə iki illik səylər tamamlanmışdır. Müqavilələrin icrasına gəldikdə isə, misal üçün, Azərbaycan ədliyyə infrastrukturun qiymətləndirilməsi, məhkəmə sistemində avtomatlaşdırmanın səviyyəsi, mübahisələrin alternativ həlli mexanizmləri və hüquqi işlərin idarə olunmasının mövcudluğu ilə bağlı yeni indeks üzrə geridə qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti