...

Expressbank müsabiqə qaliblərini mükafatlandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2015 11:21 (UTC +04:00)
Expressbank “SmileCard-la güldürək” müsabiqəsinin qaliblərini mükafatlandırıb.
Expressbank müsabiqə qaliblərini mükafatlandırıb

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Expressbank "SmileCard-la güldürək" müsabiqəsinin qaliblərini mükafatlandırıb.

Bankdan Trend-ə verilən məlumata görə, Expressbank SmileCard-ın Facebook səhifəsində istifadəçilər arasında "SmileCard-la güldürək" adlı müsabiqə keçirib. Müsabiqənin nəticələrinə görə, Facebook istifadəçisi arasında 2 nəfər qalib elan olunub.

Müsabiqənin şərtlərinə görə, SmileCard-ın Facebook səhifəsində qeyd olunan müsabiqə fotosunun altında lətifə yarışı keçirilib. Son lətifədən minimum 10 saat əvvəl, digər istifadəçilər tərəfindən başqa lətifə qeyd olunmayıb. Müsabiqənin qalibi son lətifəni qeyd edən istifadəçi olub və 50 AZN qazanıb.

Bundan başqa müsabiqənin sonunda Expressbank tərəfindən ən gülməli hesab edilən lətifənin sahibi də 50 AZN qazanıb. Qeyd edək ki, lətifələr Azərbaycan dilində olmalı və yazılarkən etik normalara riayət edilməli idilər.

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 300-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti