...

Azərbaycanda yükdaşıma qiymətləri azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2015 18:04 (UTC +04:00)

Bakı. Trend:

2015-ci ilin oktyabr ayında boru kəməri nəqliyyatı ilə neftin nəql olunması qiyməti 8,5 faiz ucuzlaşıb, qazın nəql olunması qiyməti isə 0,1 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, dəmiryol nəqliyyatı üzrə yükdaşıma qiymətləri 0,1 faiz bahalaşıb, dəniz, hava və avtomobil nəqliyyatı sahələrində yükdaşıma qiymətlərində dəyişiklik müşahidə olunmayıb.

Ümumilikdə nəqliyyat sektorunda yükdaşıma qiymətləri əvvəlki ayla müqayisədə 2,6 faiz ucuzlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti