...

Bank VTB (Azərbaycan) diplomla təltif edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2015 11:12 (UTC +04:00)
Bank VTB (Azərbaycan) diplomla təltif edilib.
Bank VTB (Azərbaycan) diplomla təltif edilib

Bakı. Trend:

Bank VTB (Azərbaycan) diplomla təltif edilib.

"Zolotaya korona" pul köçürmə sistemi bank VTB (Azərbaycan)-ı diplom ilə təltif edib. Bankın Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu mükafat banka "Zolotaya Korona-Pul köçürmələri" servisi ilə effektiv və sıx əməkdaşlığa görə verilib.

"Bank VTB (Azərbaycan) pul köçürmələri sahəsində müştərilərə keyfiyyətli xidmət göstərmək üçün ciddi işlər həyata keçirir. Neçə illərdir ki, bank "Zolotaya korona" pul köçürmələri sistemi ilə çalışır və biz belə yüksək qiymət aldığımız üçün çox şadıq. Ümid edirəm ki, bizim əməkdaşlıq uğurla davam edəcək" deyə, - bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.
"Zolotaya Korona" servisindən başqa bank həmçinin "Western Union", "Contact", "Blizko" pul köçürmə sistemləri ilə öz müştərilərinə vəsaitlərini köçürmək imkanı verir.

Arayış üçün:

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub
Tel.: (012) 492 00 80
Faks: (012) 437 71 21
E-mail: [email protected] www.vtb.az

"Zolotaya Korona-Pulkğçürmələri" servisi Maliyyə Texnologiyaları Mərkəzi Şirkətlər qrupuna daxildir. Servis hesab açmadan pul köçürmələr bazarında 2003-cü ildən çalışır və Rusiya, eləcə də bir sıra xarici ölkələrdə xidmətlər göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti