...

"İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2015 20:36 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.
"İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir"

Bakı. Trend:

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidmətinin təşkilatçılığı ilə dekabrın 9-da Azərbaycan Dövlət Dəniz Akademiyasında "İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir" mövzusunda növbəti seminar keçirilib.

Tədbirdə təhsil müəssisəsinin müəllim və tələbələri iştirak edib.

Seminar iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik barədə məlumat verilib, istehlakçı hüquqlarının təmin olunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbir çərçivəsində iştirakçıların istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılıb, onlara istehlakçı hüquqlarına dair müxtəlif maarifləndirici materiallar paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti