...

"Bank VTB"-dən (Azərbaycan) dollar kreditləri ilə bağlı yeni təkliflər

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2015 15:21 (UTC +04:00)
"Bank VTB" (Azərbaycan) dolllarda olan kreditlərin restrukturizasiyası üzrə müştərilər üçün yeni təkliflər paketi hazırlayıb.
"Bank VTB"-dən (Azərbaycan) dollar kreditləri ilə bağlı yeni təkliflər

Bakı. Ənvər Məmmədov - Trend:

"Bank VTB" (Azərbaycan) dollarda olan kreditlərin restrukturizasiyası üzrə müştərilər üçün yeni təkliflər paketi hazırlayıb. Bunu Trend-ə bankın Pərakəndə biznesin inkişafı departamentinin durektoru, İdarə Heyətinin üzvü Tural Vəliyev deyib.

O bildirib: "Bizim müştərilər üçün yeni təkliflər paketimiz artıq hazırdır. Biz baş ofislə razılaşdırmanı gözləyirik və çox güman ki, yanvardan müştərilərə restrukturizasiyanın yeni şərtləri təqdim ediləcək".

T.Vəliyevin sözlərinə görə, dekabrın 21-dək bankın dollarda olan kreditlərinin çəkisi olan portfeli manata çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti