...

Azər Türk Bankın sponsoru olduğu “Soyuq əllər, isti ürək: Mələklər” Yeni İl Xeyriyyə Yarmarkası başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2016 12:04 (UTC +04:00)

Bakı. Trend:

Azər Türk Bankın sponsorluğu, "Nargis Fund"la Amapola Exclusive Events şirkətinin tərəfdaşlığı və təşkilatçılığı ilə 01.12.2015-10.01.2016-cı il tarixlərində keçirilmiş "Soyuq əllər, isti ürək: Mələklər" adlı Yeni İl Xeyriyyə Yarmarkası başa çatıb.

Trend-in məlumatına görə, sağlamlıq problemi olan körpələrə yardım göstərmək, onların müalicəsinə dəstək vermək məqsədi ilə Fəvvarələr meydanında təşkil olunmuş yarmarkada müxtəlif yeni il hədiyyələri, suvenirlər, kitablar, geyimlər, şirniyyatlar satılıb, konsert proqramları təşkil olunub, uşaqlar və böyüklər üçün çoxsaylı əyləncəli proqramlar nümayiş etdirilib.

Həmçinin yarmarkanın fəaliyyət göstərdiyi müddətdə uşaq evlərinin sakinləri məşhur qonaqlarla görüşüb, sevimli ifaçıların çıxışlarını izləyib, onlara yarmarkanın sponsorları tərəfindən müxtəlif hədiyyələr verilib. Yarmarkanın keçirildiyi tarixlərdə Azər Türk Bankın nümayəndələri Bank üçün ayrılmış "qış evləri"ndə ziyarətçilərin suallarını cavablandırıb, qonaqları Bankın məhsul və xidmətləri, bankın həyata keçirdiyi kampaniyalar barədə ətraflı məlumatlandırıblar. Ziyarətçilər Azər Türk Bankın 2016-cı ildəki fəaliyyəti ilə bağlı arzu və təkliflərini yazıb qutuya daxil etməklə bankın "Arzular qutusu" layihəsinin iştirakçısı olublar. Layihədə iştirak etmiş şəxslərin arzu və təklifləri qısa müddət ərzində Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək, üç ən maraqlı arzu və təklifin müəllifləri mükafatlandırılacaq.

1995-ci ildən fəaliyyət göstərən "Azər Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti