...

Azərbaycan irihəcmli bərələrin tikintisi imkanına baxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2016 12:10 (UTC +04:00)
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Xəzərdə 100 vaqon tutumlu bərələrin tikintisi və istismarı ilə bağlı texniki imkanları nəzərdən keçirir.
Azərbaycan irihəcmli bərələrin tikintisi imkanına baxır

Bakı. Maksim Tsurkov - Trend:

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Xəzərdə 100 vaqon tutumlu bərələrin tikintisi və istismarı ilə bağlı texniki imkanları nəzərdən keçirir. Bu barədə Trend-ə QSC-dəki mənbə bildirib.

Mənbə deyib ki, Azərbaycan ərazisindən Xəzər dənizi vasitəsilə yüklərin daşınmasının potensial dinamikasını nəzərə alaraq, 54 vaqon tutumlu yeni bərələrin və 53 yük maşını tutumlu "Ro-Pax" növlü gəmilərin tikintisi məsələsi nəzərdən keçirilir: "Bundan başqa, Xəzərdə 100 vaqon tutumlu bərələrin tikintisi və istismarı da nəzərdə tutulur, lakin bu, uzaq gələcək üçün düşünülür".

Qeyd edək ki, hazırda QSC-nin balansında müxtəlif tutumlu 14 bərə var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti