Bakı. Trend:
2016-cı ilin yanvar ayı ərzində 2 848 091 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu həcmin 1 510 914 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan kəməri istismara verilən gündən 2016-cı il fevralın 1-dək Ceyhan limanından 294 041 863 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.