...

Azərbaycan vətəndaşlarının vergi borcu 2,4 milyard manat təşkil edir (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2016 13:29 (UTC +04:00)
2016-cı il yanvarın 1-nə Azərbaycan vətəndaşlarının vergi borcu 2,4 milyard manat təşkil edir.
Azərbaycan vətəndaşlarının vergi borcu 2,4 milyard manat təşkil edir (ƏLAVƏ OLUNUB)

Bakı. Azad Həsənli - Trend:

2016-cı il yanvarın 1-nə Azərbaycan vətəndaşlarının vergi borcu 2,4 milyard manat təşkil edir. Trend-in məlumatına görə, bunu jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, artıq bir neçə ildir vergiödəyicilərin borcu bu aralıqda dəyişir: "Hazırda vergiödəyicilərin 70 faizi vergilərini könüllü ödəyirlər".

S.Ələkbərov qeyd edib ki, vergi borcları bütün sahələrdə var və onların yarısı dövlət sektorunun payına düşür: "Nazirliyin dövlət büdcəsinə ayırdığı vergi ödənişlərinin təqribən 30 faizi vergi borclarının yığımının payına düşür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti