...

Azərbaycanda geniş vergi amnistiyasının tətbiqi təklif olunur (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2016 15:59 (UTC +04:00)
Azərbaycanda geniş vergi amnistiyasının tətbiq edilməsi təklif olunur.
Azərbaycanda geniş vergi amnistiyasının tətbiqi təklif olunur (ƏLAVƏ OLUNUB)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanda geniş vergi amnistiyasının tətbiq edilməsi təklif olunur. Trend-in məlumatına görə, müvafiq təkliflə Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) nümayəndəsi, "Deloitte"in Azərbaycanda partnyoru Nuran Kərimov çıxış edib.

Onun sözlərinə görə, belə eksperimenti Rusiya aparır: "Onların hansı nəticələr əldə edəcəyinə baxmaq lazımdır və bu, Azərbaycanda tətbiq edilə bilər. Belə addımlar sahibkarların ölkədən çıxardıqları vəsaitləri qaytarmağa kömək edə bilər".

N.Kərimov qeyd edib ki, Azərbaycanda investisiyaların qorunması haqqında beynəlxalq sazişlərin tətbiqi imkanlarını öyrənmək lazımdır: "İnvestor əmin olmalıdır ki, vəsait qoyuluşundan sonra oyunun qaydaları dəyişməyəcək və onun vergi yükü artmayacaq".

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının emalı üzrə müəssisələri də vergi tutumundan azad etmək vacibdir.

N.Kərimov deyib ki, vergilərin sabit səviyyəsini də müəyyənləşdirmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti