Bakı. Azad Həsənli - Trend:
Milli Məclis plenar iclasında "Lisenziyalar və icazələr haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib.
Trend-in məlumatına görə, iclasda çıxış edən parlamentin İqtsiadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, qanun layihəsinə birinci oxunuşdan sonra qanunun anlaşılmasını sadələşdirən texniki düzəlişlər edilib.
Bundan başqa, bəzi deputatlar "Susmaq razılıq əlamətidir" prinsipilə razılaşmayıb. Bu prinsipə əsasən, nəzərdə tutulmuş müddət ərzində dövlət orqanı lisenziya almaq üçün müraciətin baxılması üzrə sorğunu cavabsız qoyubsa, o, avtomatik olaraq verilmiş sayılır.
Deputatların fikrincə, bu baxımdan hökumət ayrı-ayrı məmurların səhlənkarlığına görə məsuliyyət daşımamamlıdır.
Qanun layihəsi lisenziyaların verilməsini 15 gündən 10 günə, icazələrin isə 7 günədək azalmasını, elektron lisenziyaların verilməsini də nəzərdə tutur. Azərbaycanda dövlət orqanlarını lisenziyaların alınması ilə bağlı sahibkarlara beş gün ərzində metodik yardım göstərməyə təhkim edir.